Sadə dondurmanın hazırlanması

Hazırlanma vaxtı:
Sadə dondurmanın hazırlanması

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2 stəkan süd
  • 2 stəkan krem şanti
  • 1 stəkan şəkər tozu
  • 4 ədəd yumurta

Hazırlanma qaydası

1. Yumurta və şəkər tozu qarışdırma qabına qoyulur, mikserlə krem vəziyyətinə düşənə kimi (rəngi ağarana kimi) qarışdırılır.

2. Başqa bir qab götürülür içinə krem şanti və süd tökülür mikserlə qarışdırılıb krem vəziyyətinə gətirilir.

3. Sonra hər iki qarışığı bir-birinə qatıb mikserin aşağı sürətiylə 1 dəqiqə qarışdırırıq.

4. Alınmış dondurmanı plastik qaba töküb, soyuducunun dondurma hissəsində 1 gün saxlamaq lazımdır.

sade_dond

Nuş olsun!

 

Bənzər reseptlər:

2 Şərh yazılıb

  1. Kimdən: Nilay 
    #
    2015-05-13 09:01

    Salam çox gözəl görünür. Mütləq edəcəm... Belə bir reseptə rast gəlmişdim amma tərkibinə krem şanti yox qaymaq qatılırdı....))

    • Kimdən: Mənsə 
      #
      2015-08-05 07:46

      Düz deyirsiniz. Mən də qaymaqla bilirdim. Amma şanti ilə bilmirdim. :)