Ayran

Hazırlanma vaxtı:
Ayran

Tərkibi və istifadə olunan ərzaqlar

  •  2 stəkan qatıq
  • 1 stəkan süd
  • 1,5 stəkan su
  • yarım dessert qaşığı duz

Hazırlanma qaydası

1. İstifadə edəcəyiniz qatıq qaymaqsız olmalıdı. Əgər qaymağı varsa qaymaqlarını götürmək lazımdı.

2. İki stəkan qatığı dərin bir qabda mikserlə və ya çəngəllə yaxşı qarışdırın.

3. Südü yavaş-yavaş əlavə edib, mikserlə qarışdıraraq qatığa  tam yedizdirin.

4. Ayranın köpüklü olması üçün qarışdıran zaman ele etməlisiniz  ki içinə hava girsin.

5. Sonda su əlavə edirin. (suyun miqdarını zövqünüzə görə nizamlayın)

6. Su əlavə edən zaman ayranın dadına baxın.İstədiyiniz kimi olduqda duz əlavə edin.

Nuş olsun !