Bədrənc və dazı bitkilərindən çay

Hazırlanma vaxtı:
Bədrənc və dazı bitkilərindən çay

Tərkibi və istifadə olunan ərzaqlar


Hazırlanma qaydası

Bütün bitki çayları eyni zamanda qida məhsulu kimi də sayıla bilərlər, çünkü onların tərkibində bir çox miqdarda bioloji aktiv maddələr var: vitaminlər, fermentlər, orqanik turşular, mikro- və makroelementlər. Bundan əlavə, bitki çayları müalicəvi çaylardır. Hazırki reseptdə olan çay sakitləşdirici təsirlə birgə həmdə immuniteti möhkəmləndirir, depressiya əleyhinə təbii vasitədir. Reseptdə istifadə olunan qurudulmuş yemişanın meyvələri isə əsəb və ürək-damar fəaliyyətini tənzimləyən vasitədir.

Lakin unutmaq lazım deyil ki, çox sayda və miqdarda içilən istənilən çay orqanizmə zərərli təsir göstərə bilər.

1. İnqredientlər hazırlanır.

bedrenc1

2. Dazı çiçəkləri xırdalanır.

bedrenc2

3. Böyük çini çaydanı (1 litrlik su üçün) qaynar su ile yaxalanır, sonra içinə yemişan, dazı çiçəkləri və bədrənc yarpaqlarını əlavə edilir. Üzərinə yenicə qaynadılmış (qaynar) su tökülür və 10-15 dəqiqə dəmlənir.

bedrenc3

4. Bitkilər çaya özlərində olan ətirlərini və faydasını tam olaraq "verməsi" üçün, çaydanı dəsmal ilə örtmək olar.

bedrenc4

5. Bitki çayını bal ilə də içmək olar.

bedrenc5

Nuş olsun!

bedrenc6

 

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13965-travjanoj-chaj-s-melissoj-i-zveroboem/