Çiyələkli, tərxunlu limonad

Hazırlanma vaxtı:
Çiyələkli, tərxunlu limonad

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1/4 ədəd limon
  • 3 ədəd çiyələk (təzə və ya dondurulmuş)
  • 2 ç/q şəkər tozu
  • 2 budaq tərxun
  • 2 budaq nanə
  • 50-70 qr qazlı su
  • buz parçaları

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

chiyelekli-terxunlu-limonad-01

2. Stəkana limon dilimləri, tərxun və nanə budaqları əlavə edilir.

chiyelekli-terxunlu-limonad-02

3. Çiyələklər əlavə edilir və hamısı əzmə aləti ilə əzilir.

chiyelekli-terxunlu-limonad-03

4. Üzərinə buz parçaları və şəkər tozu əlavə edilir.

chiyelekli-terxunlu-limonad-04

5. Qazlı su əlavə edilir.

chiyelekli-terxunlu-limonad-05

6. Nanə yarpaqları və limon dilimi ilə bəzədilib süfrəyə verilir. Nuş olsun!

chiyelekli-terxunlu-limonad-06

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə https://lady.mail.ru/recipe/14689-klubnichnyj-limonad/