Qara çörəkdən kvas

Hazırlanma vaxtı:
Qara çörəkdən kvas

Tərkibi və istifadə olunan ərzaqlar

  • 4-5 dilim qara çörək (borodinskiy)
  • 1 çimdik kişmiş
  • 3 x/q şəkər tozu
  • 0,5 ç/q maya (acıtma)
  • 3 litr su
  • zövqə görə 0,25 ç/q qıtıqotu

Hazırlanma qaydası

1. Çörək kubiklər şəklində doğranılır.

qara-chorekden-kvas-01


2. Əvvəlcədən 160°C temperaturundə isidilmiş sobada çörəklər 1 saat qurudulur.

qara-chorekden-kvas-02


3. Əsas odur ki çorəklər yanmasın, yoxsa kvas acı çıxar.

qara-chorekden-kvas-03


4. Çörəklərlərə şəkər tozu, kişmiş əlavə edilir. Üzərinə qaynar su tökərək bir neçə saatlıq isti yerə yerləşdirilir.

qara-chorekden-kvas-04


5. Yarım stəkan qaynar suya 1 ç/q şəkər tozu və yarım çay qaşığı maya əlavə edilərək qarışdırılır.

qara-chorekden-kvas-05


6. Bir müddət maya aktivləşəndən sonra, çörəklərin üzərin əlavə edilir.

qara-chorekden-kvas-06


7. Bir gün saxlanandan sonra natural çörək kvası hazır olur. Zövqə görə ona qıtıqotu və ya nanə əlavə etmək olar. Nuş olsun!

qara-chorekden-kvas-07

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13858-hlebnyj-kvas-borodinskij/