Sərt Şampan kokteyli

Hazırlanma vaxtı:
Sərt Şampan kokteyli

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3-4 ədəd nar
  • şəkər pudrası zövqə görə
  • 1 butulka sərin şampan

Hazırlanma qaydası

Əslində bu resept üçün şampan əvəzi kimi "Prosecco" da (italyan quru çaxırı) istifadə etmək olar və siz heç bir fərq hiss etməyəcəksiniz. Bundan əlavə, narın əvəzinə sürtkəcdən keçirilmiş ərik və çiyələkdən istifadə etmək olar, lakin mövsümi meyvələrdən istifadə etsək daha düzgün olar.

1. İlk olaraq narları yarı bölüb, dənələrini bir boşqaba yığırıq. Bunu tez etmək üçün yarı bölünmüş narı üzü qaba tərəf tutub arxasından böyük qaşıqla vura bilərsiniz.

2. Nar dənələrini mətbəx kombaynından və süzgəcdən keçirdikdən sonra gözəl nar şirəsi hazırlanmış olur. Əgər nar şirəsi çox turşdursa, o zaman ona bir qədər şəkər pudrasından əlavə edib qarışdıra bilərsiniz. Adətən buna ehtiyyac olmur.

3. Və nəhayət nar şirəsini 5 santimetrə qədər şampan bokalına tökülür və üstündən sizin şampanla doldurulur.

nar_shampan

 

Məqalə http://www.jamieoliver.com/ saytından tərcümə edilib.

Mənbə http://www.jamieoliver.com/recipes/recipe/wicked-champagne-cocktail

 

Bənzər reseptlər: