Badımcan basdırması

Hazırlanma vaxtı:
Badımcan basdırması

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3 ədəd badımcan
  • 3 ədəd pomidor
  • 5 ədəd kartof
  • 2 ədəd yaşıl bibər
  • 2 ədəd soğan
  • 250 qr qiymə (mal və ya qoyun əti)
  • keşniş
  • şüyüd
  • duz
  • zeytun yağı
  • kərə yağı

Hazırlanma qaydası

1. Badımcan təmizlənir, uzun formada doğranılır duzlanır (duz vururuq ki badımcanın acısı çıxsın).

badim_3

2. Bibər, pomidor, soğan uzun formada doğranılır.

badim_1

3. Kartof təmizlənir, halqavari formada doğranılır.

badim_4

4. Göyərti təmizlənir,yuyulur. Xırda doğranılır.

badim_5

5. Qiyməyə duz vurulur, yumru katletler hazırlanır.

6. Qazan götürülür içinə zeytun yağı tökülür. Katletler qazanın dibinə düzlülür.

badim_2

7. Katletlerin üstündən qatbaqat qalan ərzaqlar yığılır (hər qata duz vurulur). Ən sonda göyərti və kərə yağı tökülür.

badim_6

8. Yeməyin üzərinə yarım stəkan su tökülür, qapağı tam bağlanılır və aşağı istilikdə suyu çəkilənə kimi bişirilir.

badim_7

Nuş olsun!

Bənzər reseptlər:

2 Şərh yazılıb

  1. Kimdən: Gülnar 
    #
    2016-07-04 06:04

    Salam. Badımcan çığırtmasını hazırladım. Çox dadlı çıxdı. Təşəkkür edirəm. Əsas bişdikdən sonra yeməyin çox səliqəli görünməyi və dadıdır.

    • Kimdən: Admin 
      #
      2016-09-29 15:13

      Biz sizə təşəkkür edirik Gülnar xanım! Bu cür şərhlər gördükdə çox sevinirik! Saytda görmək istədiyiniz reseptiniz varsa, biz məmuniyyətlə yerləşdirərik.