Qırmızı mərci şorbası

Hazırlanma vaxtı:
Qırmızı mərci şorbası

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 stəkan qırmızı mərci
  • 1 ədəd baş soğan
  • 1 ədəd kök
  • 1 ədəd kartof
  • 1/2 ç/q tomat pastası
  • 1/2 ç/q bibər pastası
  • 1.5 litr su 
  • zeytun yağı
  • nanə
  • limon
  • duz

Hazırlanma qaydası

1. Mərci yaxşı yuyulur. Kartof və kök yuyulub təmizlənir, xırda kubiklər formasında doğranılır. Hamısı bir qazana əlavə edilir.

qirmizi-merci-shorba-1


2. Ərzaqların üzərinə su doldurularaq bişənə qədər (təqribi 1 saat yarım, mərci bişənə qədər) qaynadılır.

qirmizi-merci-shorba-2


3. Soğan təmizlənir və xırda doğranılır. Tavaya yağ və doğranmış soğan əlavə edilərək qızardılır.

qirmizi-merci-shorba-3


4. Soğan bir qədər qızardıqda, tavaya tomat və bibər pastası əlavə edilir.

qirmizi-merci-shorba-4


5. Qızarandan sonra soğan qazandakı mərcinin üzərinə əlavə edilir və ərzaqlar tam həll edilənə qədər blenderdən keçirilir.

qirmizi-merci-shorba-5

qirmizi-merci-shorba-6


6. Blenderdən keçiriləndən sonra şorbaya duz əlavə edilir və yenidən 10 dəqiqə qaynadılır.

qirmizi-merci-shorba-7


7. Artıq süfrəyə verilə bilər. Zövqə görə mərcini quru nanə və limonla yemək olar. Bu üsulla bişirilən mərcinin dadı fərqli və daha dadlı alınır. 

qirmizi-merci-shorba-8

Nuş olsun!

qirmizi-merci-shorba-9

Bənzər reseptlər: