Toyuq şorbası

Hazırlanma vaxtı:
Toyuq şorbası

Tərkibi və istifadə olunan ərzaqlar

  • 5-6 tikə toyuq əti
  • yarım stəkan düyü
  • 1 ədəd soğan
  • 1 ədəd kartof
  • kərə yağı
  • 1 ədəd kök (zövqə görə)
  • duz
  • sarıkök
  • keşniş
  • şüyüd
  • 2 ədəd alça qurusu

Hazırlanma qaydası

1. Toyuq hissələrə bölünür, yuyulur və qazana su tökülüb 20 dəqiqı qaynadılır (qaynayan zaman köpüyü yığılmalıdır).

sup_1

2. Toyuq bişdikdən sonra suyu süzgəcdən keçirilir, tikələri ayrı qaba qoyulur.

3. Soğan xırda doğranılır, təmiz qazana yağ tökülüb qızardılır.

sup_2

4. Soğan qızardıqdan sonra üzərinə toyuğun suyu və tikələri əlavə edilir.

5. Kök və kartof təmizlənir. Kök xırda kub şəklində, kartof nisbətən böyük kub şəklində doğranılır və qazana əlavə edilir.

sup_3

6. Düyü yaxşı yuyulur və qazana tökülür. Qaşıqla yemək qarışdırılıb duz və alça qurusu vurulur.

sup_4

7. Şorbanın düyüsü, kartofu bişdikdə qazdan götürülür və üzərinə doğranmış keşniş, şüyüd əlavə edilir.

sup_5

Nuş olsun!

 

 

 

Bənzər reseptlər: