Zoğal kompotu

Hazırlanma vaxtı:
Zoğal kompotu

Tərkibi və istifadə olunan ərzaqlar

Bir ədəd 2 litrlik banka üçün:

  • 1 kq zoğal
  • 2 stəkan şəkər tozu
  • 1 ədəd metalik banka qapağı
  • banka bağlayan açar
  • qaynar su ilə dolu çaynik
  • sterilizə etmək üçün qazan

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

zogal-kompot-1


2. İlk olaraq zoğal təmiz yuyulur. Sonra təmiz 2 litrlik banka götürülür və qaynar su ilə yaxalanır.

zogal-kompot-2


3. Zoğalı bankaya töküb üzərinə şəkər tozu əlavə edilir.

zogal-kompot-3

zogal-kompot-4


4. Qaynar suyu bankanın ortasına qədər töküb, bankanı sirkələyirik ki şəkər tozu həll edilsin.

zogal-kompot-5 zogal-kompot-6

5. Qaynar su ilə banka tam doldurulur.

zogal-kompot-7


6. Bir qazanda sterilizə etmək üçün su qaynadılır. Qaynar suyun dibinə parça qoyulur, onunda üzərinə banka yerləşdirilir. Orada banka 12 dəqiqə qalıb sterilizə olunur.

zogal-kompot-8 zogal-kompot-9

7. Sonra ehtiyyatla banka qazandan çıxarılıb, qapağı banka bağlayan açarla bağlanılır.

zogal-kompot-10


8. Bankanı qapağı üzərinə çevirib soyumağa saxlayırıq. Əgər dibində həll edilməmiş şəkər qalarsa, yüngülcə bankanı sirkələmək gərəkdir.

zogal-kompot-11 zogal-kompot-12

9. Kompot tam soyuyandan sonra çevirilir. Beləliklə zoğal kompotu hazırdır, qalır yalnız soyuqların və ya hər hansı tədbirin gəlməsi ki, kompotu açıb yayın dadını yada salasınız. Nuş olsun!

preview2

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/08/compote-from-cornus.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: