Almalı peçenya

Hazırlanma vaxtı:
Almalı peçenya

Tərkibi və istifadə olunan ərzaqlar

  • 60 qr şəkər tozu
  • 2 ədəd yumurta
  • 100 qr kərə yağı
  • 250 qr un
  • 1 çimdik duz
  • 1 ç/q qabartma tozu
  • 1 x/q limon şirəsi
  • 2 ədəd alma
  • 1 paket vanilin
  • 1 x/q şəkər pudrası

Hazırlanma qaydası

1. Şəkər tozu və vanilin yumurtaya əlavə edilərək çalınır.

almali-pechenya-01

2. Yumşaldılmış kərə yağı əlavə edilib yenidən qarışdırılır.

almali-pechenya-02

3. Qabartma tozu, duz və ələkdən keçirdilmiş un əlavə edilərək qarışdırılır.

almali-pechenya-03

4. Digər tərəfdə almalar təmizlənir və xırda kubiklər formasında doğranılır, üzərinə limon şirəsi səpilir.

almali-pechenya-04

5. Doğranmış almalar xəmirlə qarışdırılır.

almali-pechenya-05

6. Perqament kağızı sərilmiş tavanın üzərinə xörək qaşığı ilə xəmirlər yerləşdirilir. Əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada 15-20 dəqiqə bişirilir.

almali-pechenya-06

7. Hazır peçenyalar tam soyudulur.

almali-pechenya-07

8. Zövqə görə üzərinə şəkər pudrası səpilir. Nuş olsun!

almali-pechenya-08

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə https://lady.mail.ru/recipe/14478-pechene-jablochko/

Bənzər reseptlər: