Qum kimi peçenya

Hazırlanma vaxtı:
Qum kimi peçenya

Tərkibi və istifadə olunan ərzaqlar

  • 250-300 qr un
  • 200 qr kərə yağı (duzsuz və otaq temperaturunda olan)
  • 100 qr şəkər tozu
  • 2 ədəd yumurta sarısı (+1 yumurta sarısı xəmirin yağlanması üçün)
  • 1 çimdik duz
  • küncüt

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

qum-pechenya-1


2. Boşqaba un və duz ələkdən keçirilərək əlavə edilir. Ardınca oraya yağ və şəkər tozu əlavə edilib əlnən qarışdırılır.

qum-pechenya-2


3. Nəticədə şəkildəki kimi məhlul əmələ gəlir.

qum-pechenya-3


4. Yumurta sarıları əlavə edilərək son dəfə qarışdırılır. Alınan xəmirdən kündə düzəldilir, üzərini qida torbası salınaraq 1 saatlıq soyuducuya yerləşdirilir.

qum-pechenya-4


5. Bir saatdan sonra, xəmir kündəsi soyuducudan çıxarılır və 15 dəqiqə saxlanılır. Kündədən qalınlığı 3-4 mm ölçüsü olan xəmir yoğurulur və istədiyiniz formada kəsilir. Formalarda kəsilmiş xəmirlər yağlı tavaya düzülür və üzərinə yumurta sarısı çəkilir (yumurta sarısını həmçinin 1 x/q su ilə də qarışdırmaq olar). Sonra zövqə görə üzərinə küncüt və ya şəkər tozu səpilərək, əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə bişirilir.  
Üzünün nə dərəcədə qızarmasından bişmə dərəcəsini təyin etmək olar.

qum-pechenya-5


6. Və budur, bişən peçenyaları boşqaba əlavə edib soyumasını gözləyirik.

qum-pechenya-6

Nuş olsun!

qum-pechenya-7

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1401/shortbread-cookies/

Bənzər reseptlər: