Yerkökülü peçenya

Hazırlanma vaxtı:
Yerkökülü peçenya

Tərkibi və istifadə olunan ərzaqlar

  • 0.5 kq kök
  • 100 qr kərə yağı
  • 4-5 stəkan un
  • 1 stəkan şəkər tozu
  • vanil

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

yerkokulu-pechenya-01

2. Kökün qabığı təmizlənir, sürtkəcdən keçirilir və üzərinə şəkər tozu əlavə olunur.

yerkokulu-pechenya-02

3. Kərə yağı əvvəlcədən otaq temperaturunda yumuşaldılır, kökə əlavə olunur.

yerkokulu-pechenya-03

4. İnqredientlər əlnən yaxşı qarışdırılır.

yerkokulu-pechenya-04

yerkokulu-pechenya-05

5. Alınan kütləyə un və vanil əlavə olunub biraz bərk xəmir yoğrulur.

yerkokulu-pechenya-06

6. Alınan xəmirdən kündələr hazırlanır.

yerkokulu-pechenya-07

7. Xəmir oxlov ilə 1sm qalınlığında açılır.

yerkokulu-pechenya-08

yerkokulu-pechenya-09

8. Stəkanın ağzı ilə xəmir kəsilir.

yerkokulu-pechenya-10

9. Alınmış dairəvi xəmirlər tavaya qoyulur.

yerkokulu-pechenya-11

10. Əvvəlcədən 190°C temperaturunda isidilmiş sobada üstü qızarana kimi bişirilir.

yerkokulu-pechenya-12

yerkokulu-pechenya-13

yerkokulu-pechenya-14

Nuş olsun!

 

Bənzər reseptlər: