Qat-qat alma piroqu

Hazırlanma vaxtı:
Qat-qat alma piroqu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 100 qr un
  • 100 qr kəsmik
  • 100 qr kərə yağı
  • 2 ədəd alma
  • 1 x/q şəkər tozu
  • 1 ədəd yumurta
  • 0,5 ç/q darçın (əzilmiş)
  • zövqə görə 1 ç/q konyak (və ya rom)
  • 1 ç/q limon şirəsi
  • 1-2 ç/q şəkər pudrası

Hazırlanma qaydası

1. Kövrək xəmirdə hazırlanan orijinal alma piroqu. Əgər siz də mənim kimi, asan hazırlanan, lakin dadlı reseptlər sevirsinizsə, o zaman siz bunu bəyənəcəksiniz.

qat-qat-alma-piroqu-01


2. Soyuducudan kəsmik, un və yağ götürülərək mətbəx kombaynında qarışdırılır.

qat-qat-alma-piroqu-02


3. Yumurta əlavə edərək qısa zamanda (yağ əriməmiş) xəmir yoğrulur və kündə hazırlanır. Burada diqqətli olun - əgər kəsmik nəmlidirsə, o zaman yumurtaya ehtiyyac olmaz. Əgər yumurtanı əlavə edəndən sonra xəmir yapışqan alınsa, bu halda bir qədər un əlavə etmək lazım gələr. Alınan kündə mətbəx plyonkasına bükülüb 30 dəqiqəlik soyuducuya yerləşdirilir.

qat-qat-alma-piroqu-03


4. Almalar yuyulur, özəyi çıxarılır və zövqə görə qabığı soyulur.

qat-qat-alma-piroqu-04


5. Almalar dilimlənir, limon şirəsi və ətirli alkoqollu içki ilə səpilir. Üzərinə şəkər tozu və darçın vurulur.

qat-qat-alma-piroqu-05


6. Xəmir yayılır və tavaya yerləşdirilir. Üzərində ixtiyari qatlar edilir.

qat-qat-alma-piroqu-06


7. Qatların aralarına alma dilimləri yerləşdirilir və üzərinə piyalədə qalan sirop səpilir.

qat-qat-alma-piroqu-07


8. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada təqribən 30 dəqiqə bişirilir.

qat-qat-alma-piroqu-09


9. Süfrəyə verildikdə, zövqə görə nanə yarpaqları ilə bəzəmək olar. Nuş olsun!

qat-qat-alma-piroqu-08

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14380-jablochnyj-pirog-v-skladku/

Bənzər reseptlər: