Sadə alma piroqu

Hazırlanma vaxtı:
Sadə alma piroqu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 100 qr un
  • 100 qr kərə yağı (ev temperaturunda)
  • 100 qr şəkər tozu
  • 2 ədəd yumurta
  • 1 x/q vanil esensiyası
  • 2 ç/q qabartma tozu
  • 2 ədəd alma
  • zövqə görə ləpə (badam, qoz)

Hazırlanma qaydası

1. İnqredientlər.

sade-alma-piroqu-01


2. Soba 180°C temperaturunda qızdırılır. Yağla şəkər tozu qarışdırılır.

sade-alma-piroqu-02


3. Yumurta əlavə edilir və yaxşı qarışdırılır. Yumurtaların otaq temperaturunda olması həmçinin daha məsləhətdir.

sade-alma-piroqu-03


4. Vanil esensiyası əlavə edilir və qarışdırılır.

sade-alma-piroqu-04


5. Almalar qabıqdan təmizlənir. Xırda kubiklər şəklində doğranılır.

sade-alma-piroqu-05


6. Doğranmış almalar yağlı-yumurtalı məhlula əlavə edilir. Qarışdırılır.

sade-alma-piroqu-06


7. Un və qabartma tozu qarışdırılır və ələkdən keçirdilərək almalı məhlula əlavə edilir.

sade-alma-piroqu-07


8. Yaxşı qarışdırılır. Nəticədə şəkildəki kimi yumşaq xəmir alınmalıdır.

sade-alma-piroqu-08


9. Forma boşqabı yağlanır və alınmış xəmir formaya əlavə edilir. Piroqun üstünü zövqə görə küncüt və ya qoz ləpələri ilə bəzəyə bilərsiniz. Reseptdə badam ləpələrindən istifadə edilib.

sade-alma-piroqu-09


10. Piroq 20-25 dəqiqəlik əvvəlcədən isidilmiş sobaya yerləşdirilir. Hazır olmasını taxta diş çöpü ilə yoxlaya bilərsiniz. Əgər kürdanı piroqa batırdıqda üzərində xəmir qalmırsa, deməli piroq hazırdır.

sade-alma-piroqu-10


11. Bir qədər soyuyandan sonra süfrəyə vermək olar. Nuş olsun!

sade-alma-piroqu-11

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/2130/prostoy-yablochniy-pirog/

Bənzər reseptlər: