Ananaslı plov

Hazırlanma vaxtı:
Ananaslı plov

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 kasa düyü
  • 1 ədəd ananas
  • 1 ədəd baş soğan
  • 1/4 kasa portağal və ya ananas şirəsi
  • 1 ç/q şəkər tozu
  • 1 diş sarımsaq
  • 2 ç/q zeytun yağı

Hazırlanma qaydası

Tay mətbəxinin resepti olan bu ekzotik qarnir balıq yeməkləri ilə də süfrəyə verilə bilər. 

1. Lazım olan inqredientlər hazırlanır.

ananasli-plov-01


2. Düyü yaxşı yuyulur və suyu süzülür.

ananasli-plov-02


3. Qazana iki stəkan su əlavə olunur. Su qaynadıqda düyü əlavə edilir. Qarışdırmaq olmaz. Düyü əlavə olunandan sonra su yenidən qaynadıqda qaz azaldılır və 15-20 dəqiqə düyü hazır olana qədər bişirilir.

ananasli-plov-03


4. Düyü bişənə qədər ananas təmizlənir, qabığı soyulur, özəyi çıxarılır və şəkildəki kimi dilimlərə kəsilir.

ananasli-plov-04


5. Tava tam qızandan sonra, doğranmış ananaslar tavada yağsız qızardılır.

ananasli-plov-05


6. Qızılı rəng alana qədər qızardılır.

ananasli-plov-06


7. Qızardılmış ananaslar bir kənarda soyudulur.

ananasli-plov-07


8. Bu arada qazandaki bişmiş düyünün qapağı bağlanıb kənara yerləşdirilir.

ananasli-plov-08


9. Soğan və sarımsaq xırda doğranılır.

ananasli-plov-09


10. Soyudulmuş ananas kubiklər formasında doğranılır.

ananasli-plov-10


11. Orta odda yağ isidilir, tavaya soğan və sarımsaq əlavə edilərək bir qədər qızardılır.

ananasli-plov-11


12. Portağal şirəsinə 1 çay qaşığı şəkər tozu əlavə edilir.

ananasli-plov-12


13. Tavadakı soğanın üzərinə doğranmış ananas və portağal şirəsi əlavə edilərək orta odda pörtlədilir. Ananas dilimləri yumşaq və şirin alınmalıdır.

ananasli-plov-13


14. Düyü ilə ananas qarışdırılır.

ananasli-plov-14


15. Qarnir hazırdır! Süfrəyə verildikdə soya sousu əlavə etmək olar. Nuş olsun!

ananasli-plov-15

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/895/rise-and-pineapple/

Bənzər reseptlər: