Çığırtma plov

Hazırlanma vaxtı:
Çığırtma plov

Tərkibi və istifadə olunan ərzaqlar

  • 4 stəkan düyü
  • 8 ədəd yumurta
  • 1 ədəd toyuq
  • 5 ədəd soğan
  • kərə yağı
  • sarıkök
  • duz

Hazırlanma qaydası

1. Plov bişirmək üçün düyü təmizlənir, 2-3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur.

2.Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir.

3. Başqa qazan götürülür dibinə luxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfaran vurulur.

chigirtma_3

4. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlığ olmalıdır. Dəmə qoyduqda qazanın qapağına dəsmal və ya qapaq üçün papaq qoyulur, qazanın ağzı bərk bağlanılır. Plov aşağı istilikdə 1 saat dəmə qoyulur.

chigirtma_4

5. Çığırtma hazırlamaq üçün toyuq tikələrə bölünür və yuyulur, bişənə kimi qaynadılır.

chigirtma_2

6. Soğan qabığından təmizlənir, yarımhalqa formasında doğranılır.

chigirtma_1

7. Soğan kərə yağında biraz qızardılır üzərinə bişmiş toyuq tökülür və duz vurulur.

chigirtma_5

8. Yumurta sındırılır, duz vurulur, yaxşı qarışdırılır və toyuğun üzərinə əlavə edilir.

9. Yumurta bişdikdə yemək qazdan götürülür.

10. Plov süfrəyə verildikdə üstünə çığırtma qoyulur.

chigirtma_7

chigirtma_6

Nuş olsun!

 

Bənzər reseptlər: