Mal ətindən tərəvəzli plov

Hazırlanma vaxtı:
Mal ətindən tərəvəzli plov

Tərkibi və istifadə olunan ərzaqlar

  • 300 qr sümüksüz mal əti
  • 3 stəkan uzun düyü
  • 2 ədəd pomidor
  • 2 ədəd soğan
  • 1 ədəd bibər
  • yarım ç/q limon duzu
  • zeytun yağı
  • duz

Hazırlanma qaydası

1. Mal əti yuyulur, xırda şəkildə doğranılıb suda bişirilir.

mal_2

2. Soğan soyulur, doğranılır.

mal_1

3. Tavaya yağ tökülür, soğan biraz qızardılır.

mal_5

4. Pomidorun qabığı təmizlənir, doğranılır soğanın üzərinə əlavə edilir.

mal_4

5. Bibər nazik, uzun formada doğranılır və soğana əlavə edilir.

mal_3

6. Pomidor, bibər biraz yumuşaldıqda tikə ət əlavə olunur biraz qovrulur.

mal_7

7. Ət biraz qovrulduqdan sonra üzərinə ətin suyu əlavə olunub duz vurulur. Ətin suyu tam gedənə kimi bişirilir.

mal_9

8. Plovu hazırlamaq üçün düyü yaxşı yuyulur, 1 saat suda saxlanılır. Sonra suyu süzülür.

9. Qazana yağ əlavə olunur üzərinə düyü əlavə olunub 5 dəqiqə qovrulur.

mal_6

10. Düyü biraz qovrulduqdan sonra (düyünün rəngi dəyişməməlidi) düyünün üzərini bağlayacaq qədər qaynar su əlavə olunur.

mal_8

11. Düyüyə limon duzu, xörək duzu əlavə edilib bir dəfə qarışdırılır.

12. Qazanın qabağı bərk bağlanır, aşağı istilikdə bişirilir.

13. Düyünün suyu şəkildikdə qazdan götürülür (əgər düyü tam bişməyibsə yenıdən biraz su əlavə edilib bişirilir).

14. Yemeyi süfrəyə vererkən yaxşı görnüşün olmasını istəyirsinizsə plovu kiçik kasaya töküb, qabı başı aşağı çevirin - bizim hazırladığımız kimi.

mal_10

Nuş olsun!

Bənzər reseptlər: