Badımcan turşusu

Hazırlanma vaxtı:
Badımcan turşusu

Tərkibi və istifadə olunan ərzaqlar

  • Badımcan
  • Yerkökü
  • Soğan
  • Göy soğan
  • Bolqar bibəri 
  • Şəkər tozu
  • Duz
  • İstiot 
  • Keşniş toxumu
  • Yağ 
  • Su
  • Sirkə
  • Dəfnə yarpağı

Hazırlanma qaydası

1. İri qazanda suya duz töküb qaynamağa qoyun. Bu müddətdə badımcanları uzunasına ortadan yarın. 

badimcan-turshusu-1

2. Badımcanları qaynayan suya tökün, qazanın qapağını örtün, rəngini dəyişib yumşalanda çıxarın. Buna təxminən 5-10 dəqiqə vaxt gedəcək (badımcanların qədərindən asılıdır).

badimcan-turshusu-3

3. Badımcanları sudan çıxarıb maili səth üzərinə düzün.

badimcan-turshusu-4

4. Üzərinə bir lövhə və yük qoyun, suyunun tam axmasını gözləyin. 

badimcan-turshusu-5

5. Bu müddətdə yerkökünü saman kimi doğrayın. Baş soğanı, göy soğanı, bolqar bibərini və sarımsağı da xırdalayın. Ədviyyatları hazır etməyi də unutmayın.

badimcan-turshusu-6

badimcan-turshusu-7

6. Qara dənəvər istiot, dəfnə yarpağı, ağ dənəvər istiot əlavə etməklə marinad bişirin. 1 litr suya 1 x.q. şəkər tozu və turşaşirin dad verəcək qədər sirkə əlavə edin. Sonra suyun hər litrinə 1 x.q. duz əlavə edin. 

Bitki yağında soğanı qızılı rəng alanadək qovurun. Keşniş toxumu əlavə edin. 

badimcan-turshusu-8

7. Göy soğan və bolqar bibəri əlavə edib qarışdırın. 

badimcan-turshusu-9

8. Dərhal da sarımsaq, ədviyyat və göyərti qurularını əlavə edib qarışdırın. 

badimcan-turshusu-10

9. Yerkökünü, təzə göyərtini əlavə edin, tavanı ocaqdan götürüb qarışdırın.

badimcan-turshusu-11

10. Badımcanları, hazırladığınız tərəvəzləri, badımcanı və marinə edəcəyiniz qabı yanaşı qoyun.

badimcan-turshusu-12

11. Əgər badımcanlar sulu qalıbsa, əlinizlə sıxın. 

badimcan-turshusu-13

12. Bişirdiyiniz tərəvəz qarışığını badımcanların içinə doldurun. Lap çox doldurmaq lazım deyil.

badimcan-turshusu-14

badimcan-turshusu-15

13. Badımcanları mümkün olduğu qədər sıx-sıx qaba düzün, üzərinə qaynar marinadı tökün.

badimcan-turshusu-16

14. Badımcanları basa-basa yığın ki, marinad üstünü tam örtsün. 

badimcan-turshusu-17

15. Bu qabı bir həftə otaqda saxlayın. Sonra dadına baxın. Xoşunuza gəldisə, qabı soyuq yerə qoymaq olar. Amma ağzını bərk bağlayın və diqqət edin ki, marinad badımcanların üzərini tam örtsün. 

badimcan-turshusu-19

badimcan-turshusu-20

 

Məqalə http://www.milli.az/ saytından götürülüb.

Mənbə http://news.milli.az/kilinariya/285667.html

 

Bənzər reseptlər:

2 Şərh yazılıb

  1. Kimdən: aynur 
    #
    2015-08-11 11:07

    salam marinad nece hazirlanir?

    • Kimdən: Admin 
      #
      2015-08-11 12:36

      Salam Aynur xanım.
      Marinad adətən sirkə, müxtəlif ədviyyatlar və yağdan hazırlanan sousdur. Reseptin mənbəyi digər sayt olduğundan marinadın tam olaraq necə hazırlandığını deyə bilmərik.
      Saytımızda digər badımcan turşusu reseptidə mövcutdur, ümüdvarıq ki işinizə yarıyar.