Çuğundursuz kələm turşusu

Hazırlanma vaxtı:
Çuğundursuz kələm turşusu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2 kg bərk ağ kələm
  • 500 qr kök
  • 2-3 əd. alma
  • 5-7 əd. dəfnə yarpağı
  • 1-2 əd. qırmızı acı bibər
  • 1 ç/q şüyüd toxumu
  • 50 qr (2 x/q) iri duz

Hazırlanma qaydası

1. Ərzaqlar hazırlanır: kələm üst yarpağından təmizlənir və dörd yerə kəsilir; kök yuyulub təmizlənir.

kelem_turshusu1


 2. Enli ləyənin və ya qazanın dibinə kələm yarpaqları, dəfnə yarpaqları acı bibər və şüyüd toxumları qoyulur. 

kelem_turshusu2


3. Kök iri sürtkəcdən keçirilir.

kelem_turshusu3


4. Kələm xırda-xırda doğranılır.

kelem_turshusu4


5. Doğranmış kələmə kök qatılır, duz, şüyüd toxumları əlavə edilib azacıq əzərək qarışdırılır.

kelem_turshusu5


6. Köklə qarışdırılmış kələmi hissə-hissə digər boşqaba əlavə edib yüngülcə əzmək.

kelem_turshusu6


7. Alınan məhlulun ortasına dəfnə yarpağı, bibər və yarı bölünmüş almalar əlavə edilir.

kelem_turshusu7


 

8. Ləyəni tam olaraq kələmlə doldurub üzərinə dəfnə yarpağı, bibər və şüyüd toxumları əlavə edilir.

kelem_turshusu8


9. Kələmin üzərinə təmiz, enli boşqab qoyulur, onunda üzərinə yük. Bir müddətdən sonra kələmin şirəsi ayrılacaq və bir sutkadan sonra isə qıcqırma prosesi başlayaraq turşunun üzərinə köpüklər çıxacaq. Qazları çıxarmaq üçün kələmi daimi deşmək lazım gələcək (yaxşı olarki taxta çubuqla). Və 3 gündən sonra turşu hazır olacaq.

kelem_turshusu9


10. Kələm bankalara doldurulub soyuq yerdə saxlanmalıdır.

kelem_turshusu10


11. Turşu kələmi süfrəyə verərkən ona xırda doğranmış soğan və bitki yağı əlavə etmək olar. Nuş olsun!

kelem_turshusu11

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13603-kapusta-kvashenaja/

Bənzər reseptlər: