Yaşıl lobya turşusu

Hazırlanma vaxtı:
Yaşıl lobya turşusu

Tərkibi və istifadə olunan ərzaqlar

  • yarım kilo ucları kəsilmiş yaşıl lobya
  • 2-3 ədəd şüyüd dəsti
  • yarım ç/q istiot
  • ¼ ç/q xardal toxumları
  • 3 diş sarımsaq
  • 2-3 ədəd qırmızı bibər və ya ¼ ç/q qırmızı bibər

duzlanması üçün:

  • 1 stəkan su
  • 1 stəkan alma sirkəsi
  • 1 ç/q duz

Hazırlanma qaydası

1. Bankanın uzunluğuna uyğun olaraq lobyaların başları doğranır.

duzlu_lobya1

2. Lobyaları rəngləri açılanadək bir qazan qaynar suyun içində 30 saniyə ərzində saxlayıb, sonra oradan çıxarıb buzlu suya yerləşdirin ki bişmənin qarşısı alınsın.

3. Digər boş bir qazana 1 stəkan su, alma sirkəsi və 1 ç/q duz əlavə edib qaynadılır və sonra oddan götürülərək otaq temperaturu vəziyyətinə gətirilir.

4. Bankaya istiot, xardal toxumları, sarımsaq, bibər, şüyüd dəstləri və yaşıl lobyaları əlavə edərək üzərinə şorabanı töküb əmin oluruq ki onlar tam olaraq şoraba ilə örtülüblər.

duzlu_lobya2

5. Bankanın qapağını bağlayıb onu 2 günlük soyuducuya yerləşdiririk.

duzlu_lobya3

Soyuducuda turşunu 3 aya qədər saxlaya bilərsiniz.

duzlu_lobya4

 

Məqalə http://www.lemonythyme.com saytından tərcümə edilib.

Mənbə http://www.lemonythyme.com/refrigerator-pickled-green-beans/

Bənzər reseptlər: