Avokado, çuğundur və kök salatı

Hazırlanma vaxtı:
Avokado, çuğundur və kök salatı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2 ədəd kök
  • 2 ədəd çuğundur
  • 1 ədəd avokado
  • 2 dəstə keşniş

sous üçün:

  • 1 ədəd apelsin şirəsi (yumşaq hissələri ilə)
  • 1 ədəd laym qabığı
  • 2 x/q bitki yağı
  • 1 x/q ətirli sirkə
  • 1/4 ç/q üyüdülmüş zirə
  • zövqə görə duz və istiot

Hazırlanma qaydası

1. Çuğundur və kök bir qazan suda qaynadılır (nəticədə kök rəngini dəyişəcək, zövqə görə ayrı-ayrılıqda da qaynada bilərsiniz). Kök və çuğundur doğranılır; kök uzunsov formada, çuğundur isə dilimlərlə.

avokado-chugundur-kok-salati-02


2. Çuğundur və kök qaynayan müddətdə sous hazırlamaq olar. Bunun üçün sousa lazım olan bütün komponentlər bir boşqabda yaxşı qarışdırılır. Keşniş yarpaqları əlavə edilir və yenidən qarışdırılır.

avokado-chugundur-kok-salati-03


3. Doğranmış kök və çuğundur isti-isti sousla qarışdırılır. Üzərinə dörd yerə kəsilmiş avokado qoyulur və üstdən bir qədər sous axıdılır.

avokado-chugundur-kok-salati-01


4. Beləliklə avokado, kök və çuğundurdan ibarət maraqlı salat hazırdır. Süfrəyə verərkən üzərinə həmçinin bir qədər keşniş də əlavə etmək olar.

avokado-chugundur-kok-salati-04

Nuş olsun!

avokado-chugundur-kok-salati-05

 

Məqalə http://www.freshnessgf.com saytından tərcümə edilib.

Mənbə http://www.freshnessgf.com/avocado-beet-carrot-abc-salad/

 

Bənzər reseptlər: