Gavalı salatı

Hazırlanma vaxtı:
Gavalı salatı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 100 qr qara gavalı
  • 100 qr toyuğun döş əti
  • 100 qr qoz ləpəsi
  • 2 ədəd kartof
  • 2 ədəd kök
  • 2 ədəd yumurta
  • mayonez
  • duz

Hazırlanma qaydası

1. Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülür, bişənə kimi qaynadılır. Bişdikdən sonra qabıqları təmizlənir.

gavali-salati-17

2. İnqredientlər hazırlanır.

gavali-salati-2

3. Toyuq suda bişirilir. Bişdikdən sonra əlnən xırda hissələrə ayrılır və ya bıçaqla xırda doğranılır.

gavali-salati-5

4. Gavalı doğranılır.

gavali-salati-4

5. Qoz ləpələri maşından keçirilərək üyüdülür.

gavali-salati-3

6. Salat hazırlanarkən ilk növbədə qaba az miqdarda mayonez vurulur.

gavali-salati-6

7. Kartof sürtkəcdən keçirilir, üzərinə duz və mayonez vurulur.

gavali-salati-7

gavali-salati-8

8. Kök sürtkəcdən keçirilir və kartofun üzərinə əlavə olunur. Ardınca duz və mayonez vurulur.

gavali-salati-9

9. Duz və mayonez vurularaq bütün inqredientlər qat-qat yığılır. Kök, kartof, yumurta sürtkəcdən keçirilir.

gavali-salati-10

gavali-salati-11

gavali-salati-12

10. Sonda kartof sürtkəcdən keçirilərək üzərinə duz və mayonez vurulur.

gavali-salati-13

11. Salatın hər tərəfinə qoz əlavə edilir.

gavali-salati-14 

12. Salatın üstü zövqə görə bəzədilir.

gavali-salati-15

gavali-salati-16

Nuş olsun!

Bənzər reseptlər: