Göbələkli salat

Hazırlanma vaxtı:
Göbələkli salat

Tərkibi və istifadə olunan ərzaqlar

  • 280 qr turşuya qoyulmuş göbələk
  • 1 ədəd duzlu xiyar
  • 1 ədəd kök
  • 1 ədəd baş soğan
  • 1 ədəd xiyar
  • 1 ədəd qırmızı bibər
  • 1 ədəd sarı bibər
  • zövqə görə cəfəri
  • yarım ədəd limon şirəsi
  • zövqə görə zeytun yağı
  • zövqə görə duz

Hazırlanma qaydası

1. Lazım olan inqredientlər hazırlanır.

gobelekli-salat-01


2. Göbələklər doğranılır.

gobelekli-salat-02


3. Kök yuyulub qaynadılır, yarıbişmiş halda uzunsov şəkildə doğranılır.

gobelekli-salat-03


4. Xiyar yuyulur, qabığı soyulur və kök kimi uzunsov formada doğranılır.

gobelekli-salat-04


5. Ardınca duzlu xiyarlar nazik və uzun şəkildə doğranılır.

gobelekli-salat-05


6. Sarı bibər həmçinin nazik uzunsov şəkildə doğranılır.

gobelekli-salat-06


7. Eyni qaydada qırmızı bibər doğranılır.

gobelekli-salat-07


8. Cəfəri yarpaqları xırda doğranılır.

gobelekli-salat-08


9. Soğan nazik və halqavari şəkildə, çox xırda olmadan doğranılır. Üzərinə duz səpilərək suyu sıxılıb atılır.

gobelekli-salat-09


10. Doğranmış məhsullar dərin qaba yerləşdirilir.

gobelekli-salat-10

gobelekli-salat-11


11. Üzərinə yarı kəsimiş limon şirəsi səpilir.

gobelekli-salat-12


12. Ardınca bir qədər (zövqə görə) zeytun yağı əlavə edilir.

gobelekli-salat-13


13. Zövqə görə biraz duz əlavə edilərək hamısı yaxşı qarışdırılır.

gobelekli-salat-14


14. Nəhayət rəngarəng və çox dadlı göbələkli salat hazırdır! 

gobelekli-salat-15


15. Bu salat düyü və makaron yeməkləri ilə qarnir kimi istifadə edilə bilər. Nuş olsun!

preview

Bənzər reseptlər: