Gül fincanında «Zəriflik» salatı

Hazırlanma vaxtı:
Gül fincanında «Zəriflik» salatı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3 ədəd bolqar bibəri (fərqli rəngli)
  • 250 qr bişmiş toyuq filesi
  • 3 ədəd toyuq yumurtası
  • 1 ədəd xiyar
  • 50 qr mayonez
  • 1 ədəd orta ölçüdə baş soğan
  • zövqə görə duz
  • zövqə görə qara istiot

Hazırlanma qaydası

1. Salat üçün soğan xırda doğranılır, üzərinə qaynar su əlavə edilir. 10 dəqiqə saxlanılır. Suyu süzülür və soyuq su ilə yuyulur (acısını itirmək üçün).

gul-fincaninda-zeriflik-salati-01


2. Hər bir yumurta ayrı-ayrılıqda çalınır və ayrı-ayrılıqda bitki yağında qızardılır (qayğanaq şəklində). Alınan qayğanaqlar saxlanılır.

gul-fincaninda-zeriflik-salati-02


3. Bişmiş toyuq filesi kubik formasında doğranılır.

gul-fincaninda-zeriflik-salati-03


4. Yumurta qayğanaqları uzunsov dilimlərə doğranılır.

gul-fincaninda-zeriflik-salati-04


5. Xiyar həmçinin nazik dilimlərə doğranılır. Xiyar dilimləri, toyuq filesi, soğan, doğranmış yumurtalar qarışdırılır, duzlanır və mayonez əlavə edilərək bir daha qarışdırılır.

gul-fincaninda-zeriflik-salati-05


6. Bolqar bibərindən gül hazırlamaq üçün, onun ucunda ulduzvari kəsiklər edilir. Kəsiklər bibərin dibinə qədər edilmir, təqribən 2-2,5 sm uzunluğunda. Zövqə görə yarpaqları nazik və ya enli kəsmək olar. Sonra ehtiyyatla bıçaqla bibər azmaz aralanır və soyuq su ilə dolu dərin boşqaba yerləşdirilir. Bu halda kəsilən yarpaqlar özləri aralanacaq.

gul-fincaninda-zeriflik-salati-06


7. Belə halda bibər bir-iki saat qalmalıdır. Bibərli boşqabı soyuducuya da yerləşdirmək olar - su nə qədər soyuq olsa, o qədər kəsilən yarpaqlar daha tez aralanar.

gul-fincaninda-zeriflik-salati-07


8. Fincanın alınması üçün bibərin özəyi və daxili ehtiyyatla yarpaqları kəsilməlidir.

gul-fincaninda-zeriflik-salati-08


9. Fincanlar salatla doldurulub, zövqə görə bəzədilir. Nuş olsun!

gul-fincaninda-zeriflik-salati-09

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14147-salat-nezhnost-v-chashechke-tsvetke/

Bənzər reseptlər: