Kahı salatı

Hazırlanma vaxtı:
Kahı salatı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3 ədəd orta ölçüdə kartof
  • 5 ədəd orta ölçüdə kök
  • 2 ədəd yumurta
  • 2 dəstə kahı
  • 2 ədəd xiyar
  • 1 dəstə keşniş
  • 1 dəstə şüyüd
  • 200 qr xama
  • 200 qr mayonez
  • duz

Hazırlanma qaydası

1. Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülüb qazanda qaynadılır.

kahi_1

2. Tam bişəndə qazdan gotürülür,  suyu süzülür, soyudulur.

3. Kahının baş hissəsi kəsilir, yarpaqları yaxşı yuyulub qurudulur.

4. Kartof, kök, yumurta soyuduqdan sonra qabığı soyulur, xırda kub şəklindı doğranılır qaba tökülür.

5. Kahı, xiyar kub şəklində doğranılır qaba tökülür.

kahi_2

6. Göyərtilər yaxşı yuyulur, xırda doğranılır qaba tökülür.

7. Tərəvəzlərin üzərinə zövqə görə duz vurulub qarışdırılır.

kahi_3

8. Başqa bir qabda xama ilə mayonez qarışdırılır.

kahi_4

9. Tərəvəzlərə xama-mayonez qarışığı əlavə olunub qarışdırılır.

kahi_5

Nuş olsun!

Bənzər reseptlər: