Payız salatı

Hazırlanma vaxtı:
Payız salatı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3 ədəd pomidor
  • 4 ədəd xiyar
  • 4 ədəd qaynadılmış yumurta
  • 5 ədəd qaynadılmış kartof
  • 1-2 dəstə yaşıl soğan
  • 1 dəstə cəfəri
  • 1 dəstə şüyüd
  • kahı
  • mayonez
  • xama
  • duz
  • istiot

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

payiz-salat-1


2. Tərəvəzlər və göyərtilər yuyulur, qurudulur, qaynadılmış kartof və yumurtlarar təmizlənir. Kartof və yumurta kubik şəklində doğranılır.

payiz-salat-2 payiz-salat-3

3. Ardınca xiyarlar yarımdairəvi formada doğranıb boşqaba əlavə edilir.

payiz-salat-4


4. Pomidorlara hələ ki toxunulmur, çünki inqredientlərin içində pomidor ən sulu tərəvəzdir. Yaşıl soğan doğranıb salata əlavə edilir.

payiz-salat-5 payiz-salat-6

5. Sonra iri kvadrat formasında kahı doğranılır.

payiz-salat-7


6. Göyərtilərdən qalan cəfəri və şüyüd həmçinin xırda doğranıb salata əlavə edilir.

payiz-salat-8 payiz-salat-9

7. Hamısına duz və istiot əlavə edilir.

payiz-salat-10


8. Bütün inqredientlər doğranandan sonra sıra gəlir pomidora. Pomidorlar orta boyda kubiklər şəklində doğranılır və salat boşqabına əlavə edilir.

payiz-salat-11

payiz-salat-12


9. Bərabər həcmdə mayonez və xama əlavə edilir.

payiz-salat-13 payiz-salat-14

10. Salat qarışdırılır.

payiz-salat-15


11. Yaxşı qarışdırılandan sonra birdaha zövqə görə mayonez və xama əlavə edilib qarışdırılır.

payiz-salat-16


12. Və budur, salat hazırdır. Bu reseptdə salat 3-5 porsiya üçün nəzərdə tutulub, lakin siz hazırlayarkən mütləq yeyə biləcəyiniz qədər hazırlayın, çünki bu salat 1 gündən sonra sulu alınır. Nuş olsun!

payiz-salat-18

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2013/10/delicious-salad.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: