Qozlu çuğundur salatı

Hazırlanma vaxtı:
Qozlu çuğundur salatı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2 ədəd bişmiş çuğundur
  • 2 diş sarımsaq
  • 50-100 qr qoz ləpəsi
  • mayonez
  • duz
  • istiot

Hazırlanma qaydası

Hazırlanma vaxtı reseptin əvvəlində 20 dəqiqə göstərilsədə, çuğunduru bişirmək ən azı 1 saat vaxtınızı apara bilər. Bu mərhələni nisbətən tezləşdirmək üçün "Çuğundurun tez hazırlanması" faydalı məsləhəti ilə tanış ola bilərsiniz.

1. Məhsullar hazırlanır.

qozlu-cugundur-salati-01


2. Salatın dadlı alınmasının ilk səbəbkarı çuğundurdu, bunun üçün çalışın mümkün qədər təzə çuğundur alasınız. Bişmiş, qabığı soyulmuş və soyudulmuş çuğundur sürtkəcdən keçirilir, sarımsaqlar xırda doğranılır, qoz ləpələri blender vasitəsi ilə (və ya sürtkəcdən keçirməklə) xırdalanır.

qozlu-cugundur-salati-02


3. Çuğundura doğranmış sarımsaq əlavə edilir, duz və istiot vurulur.

qozlu-cugundur-salati-03


4. Ardınca qoz ləpələri əlavə edilir.

qozlu-cugundur-salati-04


5. Hamısı yaxşı qarışdırılır. Sonra mayonez əlavə edilir.

qozlu-cugundur-salati-05


6. Və yenidən yaxşı qarışdırılır.

qozlu-cugundur-salati-06


7. Artıq salat qabına yerləşdirmək olar.

qozlu-cugundur-salati-07


8. Süfrəyə verilərkən göyərti ilə bəzədilə bilər, misal üçün reyhan yarpaqları ilə. Nuş olsun!

qozlu-cugundur-salati-08

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2013/10/salad-with-beets-and-walnuts.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: