Salat «sandviç»

Hazırlanma vaxtı:
Salat «sandviç»

Tərkibi və istifadə olunan ərzaqlar

  • kahı yarpaqları
  • 1 ədəd pomidor
  • 1 ədəd qırmızı baş soğan
  • 1 diş sarımsaq
  • 1 x/q zeytun yağı
  • yarı limon şirəsi
  • pendir
  • qara zeytun
  • duz
  • təzə əzilmiş istiot

Hazırlanma qaydası

Bu resept daha çox salat resepti deyil, salatın süfrəyə bəzəkli verilməsi reseptdir.

1. İnqredientlər hazırlanır.

salat-sendvich-01


2. Pomidor və kahı yuyulub qurudulur. Yağ, əzilmiş sarımsaq və limon şirəsi qarışdırılır.

salat-sendvich-02


3. Kahının iri yarpaqları seçilir.

salat-sendvich-03


4. Soğan halqa şəklində doğranılır və hər kahı yarpağına cüt soğan halqası düzülür.

salat-sendvich-04


5. Yarpaqlar öncə hazırlanan limonlu şirə ilə yağlanır. Duz və istiot əlavə edilir.

salat-sendvich-05


6. Üzərinə bir qədər xırda kahı yarpağı əlavə edilir, onunda üzərinə pomidor dilimi və pendir. Yenidən duz, istiot əlavə edilir və limonlu şirə ilə yağlanır. Hamısı diş çöpü və qara zeytunla bağlanır.

salat-sendvich-06


7. Və budur salat hazırdır! Kahı yarpaqlarının üzərinə zövqə görə müxtəlif içlik əlavə edilə bilər. Nuş olsun!

salat-sendvich-07

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1770/salat-sendvich/

Bənzər reseptlər: