Salat yunan üslubunda

Hazırlanma vaxtı:
Salat yunan üslubunda

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 ədəd xiyar
  • 2 ədəd pomidor
  • 1 ədəd bolqar bibəri
  • 1 ədəd qırmızı baş soğan
  • brınza pendiri
  • qurudulmuş reyhan
  • zeytun yağı
  • duz
  • istiot
  • bir neçə ədəd qara zeytun

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

salat-yunan-uslubunda-01


2. Xiyarın qabığı soyulur.

salat-yunan-uslubunda-02


3. Dairəvi şəkildə doğranılır.

salat-yunan-uslubunda-03


4. Pomidorlar dörd yerə dilimlənir.

salat-yunan-uslubunda-04


5. Qırmızı soğan təmizlənir və nazik halqalar şəklində doğranılır.

salat-yunan-uslubunda-05


6. Bolqar bibəri tumlarından təmizlənərək xırda kubiklər şəklində doğranılır.

salat-yunan-uslubunda-06


7. Brınza pendirinin bir hissəsi iki yerə kəsilir.

salat-yunan-uslubunda-07


8. Xiyarlar, bibər və pomidorlar qarışdırılır, duz və istiot əlavə edilərək boşqaba yerləşdirilir. Üzərinə doğranmış qırmızı soğan, zeytunlar və pendir əlavə edilir. Salata zeytun yağı vurulur.

salat-yunan-uslubunda-08


9. Qurudulmuş reyhan səpilir.

salat-yunan-uslubunda-09


10. Hazırdır! Nuş olsun!

salat-yunan-uslubunda-10

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13723-salat-v-grecheskom-stile/

Bənzər reseptlər: