Vineqret salatı

Hazırlanma vaxtı:
Vineqret salatı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3 ədəd orta ölçülü kartof
  • 4 ədəd orta ölçülü kök
  • 1 ədəd böyük ölçülü çuğundur
  • 200 qr. lobya
  • 350 qr. şoraba kələm
  • 1 dəstə keşniş
  • 1 dəstə şüyüd
  • Zeytun yağı(zövqə görə)
  • Duz, istiot

Hazırlanma qaydası

1. Kartofu, kökü, çuğunduru yuyuruq və qazanda qaynadırıq.

2. Lobyanı yuyub təmizlədikdən sonra ayrı qazanda qaynadırıq. Suya bir çimdik  duz əlavə etmək lazımdır. Lobya yumşalana qədər qaynamalıdır.

3. Kələmi doğrayırıq.

4. Keşniş və şüyüdü xırda-xırda doğrayırıq.

5. Kök, kartof və çuğundur qaynadıqdan sonra onları sudan çıxarırıq, qabıqdan təmizləyirik və doğrayırıq. Qeyd:  Lobya iri  olduğuna görə kartofu, kökü və çuğunduru çox xırda doğramaq lazım deyil.

Photo1018

6. Lobyanı əlavə edirik

Photo1022

7. Zeytun yağını əlavə edirik.

8. Zövqə görə duz, istiot əlavə edib hamısını yaxşıca qarışdırırıq.

Nuş olsun!

 

Bənzər reseptlər: