Şəkərbura

Hazırlanma vaxtı:
Şəkərbura

Tərkibi və istifadə olunan ərzaqlar

Xəmir üçün lazım olan ərzaqlar:

  • 1 kq un
  • 3 ədəd yumurta sarısı
  • 700 qr ərinmiş kərə yağı
  • 200 qr xama
  • 1,5 stəkan süd
  • 1 ç/q maya
  • Duz

 

 İçlik üçün lazım olan ərzaqlar:

  • 0,5 kq badam (qoz və ya badam)
  • 0,5 kq şəkər tozu

Hazırlanma qaydası

1. İçliyi yaxşı olar ki 2 gün əvvəldən hazırlayasınız. İlk öncə qazanda su qaynadılır. Badamların bir hissəsi qazana tökülür. 1 dəqiqə sonra çıxardılır qabığları təmizlənir. Eyni ilə bu qaydada bütün badamların qabığını təmizləyirik.

2. Təmizlənmiş badamları səririk dəsmalın üstünə ki qurusun və 1 gün quruduruq.

shekerbura_3

3. Badamlar qurduqdan sonra ləpə çəkən maşında çəkirik, hil, şəkər tozu əlavə edib qarışdırırıq.

4. Un  ələnir. Üzərinə ymurta sarısı, maya, 1 çimdik duz xama əlavə olunur.

5. Qabda əridilmiş kərə yağı ilə süd qarışdırılır (hər ikisi ilıq olmalıdı).

shekerbura_1

6. Unun üzərinə yağlı süd əlavə olunub yumuşaq xəmir yoğrulur (xəmiri acımağa qoymuruq).

shekerbura_2

7. Alınmış xəmirdən balaca kündələr hazırlayırıq və oxlov köməyi ilə diametri 12 sm olan dairələr açırıq.

shekerbura_4

8. Xəmirin ortasına içlikdən qoyub qırağlarını dalğavarı bükürük.

shekerbura_6

9. Üstünə maqqaşla istədiyimiz kimi naxış vururuq.

shekerbura_7

10. Alınmış şəkərburaları sobanın tavasına düzürük.

11. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada altı qızarana kimi bişirilir (sobanın aşağı hissəsində bişirilir). Üstü qızarmamalıdı.

shekerbura_8

Nuş olsun!