Şor qoğal

Hazırlanma vaxtı:
Şor qoğal

Tərkibi və istifadə olunan ərzaqlar

Xəmiri üçün lazım olan ərzaqlar:

  • 1,5 kq un
  • 2 ədəd yumurta sarısı
  • 200 qr xama
  • 100 qr ərinmiş kərə yağı
  • 0,5 lt süd
  • 2 x/q maya
  • bir çimdik sarıkök
  • 1 ç/q duz

 

İçlik üçün lazım olan ərzaqlar:

  • 200 qr ərinmiş kərə yağı
  • 2 st un
  • duz
  • istiot
  • razyanə
  • cirə

 

Qeyd: xəmiri yağlamaq üçün əlavə olaraq 500 qr ərinmiş kərə yağı istifadə olunacaq.


Hazırlanma qaydası

1. Böyük bir qaba un ələnir.

qogal_1

2. Üzərinə yumurta sarıları,  xama, sarıkök, duz,  suda həll olmuş maya əlavə olunur.

qogal_2

3. Qazanda 100 qr yağla süd qarışdırılır (yağ və süd ilıq olmalıdır) və una əlavə olunub xəmir yoğrulur.

qogal_3

4. Alınmış xəmiri 2 saat isti yerdə saxlayırıq ki acısın.

qogal_5

5. Xəmir acıyana kimi içlik hazırlanır.

6. Razyanə və cirə tavada biraz qovrulur sonra üyüdülür.

7. 200 qr yağ tavada əridilir və üzərinə un əlavə olunub biraz qovurulur.

8. Qovurduqdan sonra tava kənara qoyulur, üyüdülmüş ədviyyatlar, duz (zövqə görə) əlavə olunur və yaxşı qarışdırılır.

qogal_11

9. Xəmirin aralarını yağlamaq üçün 500 qr kərər yağı əridilir.

10. Nəticədə, 2 saatdan sonra xəmir götürülür və 25 hissəyə bölünərək kündələr hazırlanır.

qogal_14

11. Alınmış kündələr oxlov köməyi ilə açılır.

12. Dəyirmi böyük taxta götürülür. Üstü ərinmiş yağla yağlanır (yağ ilıq olmalı) və açılmış xəmirdən qoyulur.

qogal_17

13. Açılmış xəmiri əlimizlə dartıb genişləndiririk və bütün kündələr də eyni ilə belə açıb, yağlayıb qat-qat yığılırıq. Ən sonda acılan xəmirin də üstü yağlanmalıdır.

qogal_19

14. Yağlayıb qurtardıqdan sonra 30 dəqiqə yağlanmış xəmiri saxlayırıq ki özünü tutsun.

15. Sonra xəmiri şəkildəki kimi dördbucaqlar formasında doğrayırıq.

qogal_23

16. Alınmış hər dördbucaqın daxilinə içlik qoyub kündələr edirik.

qogal_25

qogal_27

17. Alınmış kündələrin üzərindən əlimizlə basıb yastıladırıq.

qogal_30

18. Üzərinə yumurta sarısı və xaş-xaş vurulur.

qogal_34

19. Əvvəlcədən isidilmiş sobada, 200 dərəcədə üstü qızarana kimi bişirilir.

qogal_37

 

Nuş olsun!