Amerika sayağı alma piroqu

Hazırlanma vaxtı:
Amerika sayağı alma piroqu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 300 qr un
  • 200 qr + 20 qr üzərinə çəkmək üçün kərə yağı
  • 6 ədəd alma
  • 2 x/q buzlu su 
  • 1 x/q xəmir üçün + 2 x/q limon şirəsi
  • 4-5 x/q şəkər tozu
  • 0,5 ç/q darçın
  • 1 x/q kraxmal
  • 1 ədəd toyuq yumurtası (piroqu yağlamaq üçün)
  • bir çimdik duz

Hazırlanma qaydası

1. Payız ayı alma ayıdır və əgər siz amerika sayağı alma piroqu hələ dadmamısınız o zaman bu reseptlə tanış olmağınızı məsləhət görürük. Asan hazırlanan, çox dadlı və zərif alınan piroqdur. Lazım olanlar sadədə qat-qat xəmir və bir neçə dadlı almalardır.

amerikan-alma-piroqu-01


2. Bir boşqaba ələkdən keçirilmiş un, üzərinə duz və soyuq yağ hissələri əlavə edilir.

amerikan-alma-piroqu-02


3. Sonra bıçaqla yağlar doğranılıb qarışdırılır.

amerikan-alma-piroqu-03


4. Alınmış kütləyə buzlu su və limon şirəsi əlavə edilib xəmir yoğrulur. Kündə bir saatlıq soyuducuya yerləşdirilir.

amerikan-alma-piroqu-04


5. Alma qabığından təmizlənir və kubik şəklində doğranılır. Üzərinə 2 xörək qaşığı limon şirəsi əlavə edilir.

amerikan-alma-piroqu-05


6. Kraxmal, şəkər tozu, darçın əlavə edilərək qarışdırılır. Almanın şirinliyindən asılı olaraq şəkərin miqdarı dəyişir.

amerikan-alma-piroqu-06


7. Formaya (təqribi 22 sm) xəmirin 2/3 hissəsi nazik qat ilə, qıraqları formanın qıraqlarına yapışdırılaraq əlavə edililr. Xəmir əllərin təsiri altında əriməsin deyə onunla tez işləmək lazımdır. Əgər xəmir yumşalıb dağılırsa, o zaman onu yenidən soyuducuda saxlamaq gərəkdir. Xəmirin üzərinə almalar əlavə edilir (məsləhət edirik ki almaları bir qədər qıraqlardan hündür edəsiniz, çünkü bişmə zamanı almalar çökəcəklər. Bizim reseptdə, elə etmədiyimiz üçün, piroqun ortası bir qədər çöküb).

amerikan-alma-piroqu-07


8. Xəmirin qalan hissəsi yayılır və içliyin üzərinə bağlanır. Qıraqlar bərkidilir, xəmirin ortasında parın çıxması üçün dəliklər edilir. Piroq 15-20 dəqiqə ərzində soyuducuya yerləşdirilir. Sonra piroqun üstü yumurta ilə yağlanır və ora bir neçə hissə kərə yağı düzülür. Əvvəlcədən 190 dərəcədə isidilmiş sobada 50-60 dəqiqə müddətində, rəngi qızarana qədər bişirilir.

amerikan-alma-piroqu-08


9. Hazır olmuş piroq soyuyandan sonra, üzərinə şəkər pudrası vurularaq süfrəyə verilir. Nuş olsun!

amerikan-alma-piroqu-09

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14075-amerikanskij-jablochnyj-pirog/

Bənzər reseptlər: