Biskvitin hazırlanma qaydası

Hazırlanma vaxtı:
Biskvitin  hazırlanma qaydası

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 st un
  • 6 ədəd yumurta
  • 1 st şəkər
  • 0,5 ç/q vanil

Hazırlanma qaydası

1. Biskiviti hazırlamaq üçün iki qab götürülür (qablar tam quru olmalıdır). Yumurtanın ağını sarısından ayırıb ayrı-ayrı qablara tökülür.

2. 1 st şəkərin yarısını yumurtanın ağına, yarısını sarısına tökürük.

3. Mikserin köməyi ilə yumurtanın ağını çoxlu çalırıq .Mikserle çalınarkən mikserin ağıznın təmiz olmağına diqqət yetirmək lazımdır.Əgər biraz yaş olarsa və ya başqa qalıq olarsa yumurtanın ağı yaxşı şişməyəcək və bərk olmayacaq. Mikserlə o vaxta qədər çalınır ki qabı başı-aşağı tutduğumuzda alınan kütlə tökülməməlidir.

4. Mikserin ağızları yuyulur, yaxşı qurulanır. Sonra yumurtanın sarısı şəkərlə çalınır (o qədər çalınır ki rəngi açılsın).

5. Alınan iki kütlə ust-üstə tökülür və silikon qaşıqla yavaş-yavaş qarışdırlır (çox qarışdırmaq olmaz).

6. Üzərinə ələkdən keçirilimiş un və vanil əlavə olunub silikon qaşıqla qarışdırılır (çox qarışdırmaq olmaz).

7. Xəmir hazır olan kimi tez bişməyə qoymaq lazımdır. Çünki xəmir kənarda qalarsa sonra yaxşı şişməz. Bunun üçün xəmir diametri 23 sm olan tavaya tökülür.

8. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişirilir. Sobanın ağzını 15 dəqiqə ərzində açmaq olmaz. Xəmirin üzü acıq qızılı rəng aldıqda taxta çöplə xəmirin bişməyini yoxlamaq lazımdır.Əgər taxtanın üstündə xəmir yoxdusa deməli biskvit bişib.

Nuş olsun!

Bənzər reseptlər:

13 Şərh yazılıb

  1. Kimdən: Nilay 
    #
    2015-05-12 16:13

    Salam necə etmək lazımdı ki biskvit qabarsın? Birdə ki biskvit bişdikdə kənarları hamar olmayacaq çünki siz biskvitin altına da əlavə kağız sərməli və kənarlarına isə rulon kimi dolamalı idiz. Bilmirəm başa sala bildim ya yox))))) Hələlik...

    • Kimdən: Admin 
      #
      2015-05-12 23:22

      Salam Nilay xanım. Bəli, düz yazmısınız. Sadəcə burada biz biskvitin tərkib hissəsini əsasən izah etməyə çalışmışıq. Təbii ki forma verdikdə, yan hissəsinin hamar olması üçün sonraki mərhələdə o bağlanmalıdır.

    • Kimdən: Aişə 
      #
      2016-01-30 07:37

      Mikserlə çoxlu qarışdırmaq lazımdır

  2. Kimdən: Nilay 
    #
    2015-05-14 10:31

    Salam.Niyə məhz silikon qaşıqla qarışdırılır?

    • Kimdən: Admin 
      #
      2015-05-14 22:57

      Xəmirin yaxşı qabarması və "süngər" kimi alınması üçün əsasəm silikon qaşıqdan istifadə edilir.

  3. Kimdən: Medine 
    #
    2015-05-14 13:42

    Salam men bisqvitin hazrlamasini cox beyendim ve hazrliyacam.ama men tortun usdunu bezemeycun kirem resepti isdiyrem sizden men hemise hazirliyram yaxsi alimir esasende tortun usduunu yazmag isdiyende yaxsi durmur

    • Kimdən: Admin 
      #
      2015-05-14 23:03

      Yaxın zamanda biz bu haqda yazacayıq. Təşəkkür edirik.

  4. Kimdən: Esmer 
    #
    2015-11-20 15:32

    Çox dadlı görünür piskivit tortları məndə bişirirəm əla olur .Bir sualım vare mən şakaladlı tort hazırlayanda necə edimki şakalad bərkiyəndə xırt xırt olsun

    • Kimdən: ayan 
      #
      2016-06-30 05:13

      yumusaldicilardan isdifade etmeee hemde hazirladiqdan sonda isteenilem tortu en azi 1 saatliga soyducuya qoyduqd cox gozel olur

  5. Kimdən: xalli 
    #
    2015-06-20 05:36

    salam. men biskvit bisirende sobanin içinde çox yaxşı şişir, super olur. amma bisenden sonra sobadan cixardib qiraga qoyanda yarım saat sonra baxiram ki siskinliyi yatib pis güne düşüb. ne edim ki bele olmasin?

  6. Kimdən: ayan 
    #
    2016-06-30 05:14

    Biskvit tort hazirlayandaaa nece edimki bskvitden crey dadi olmasin

    • Kimdən: Admin 
      #
      2016-06-30 15:46

      Adətən şirniyyatlara vanil ekstraktı əlavə olunur və nəticədə çörək dadı gəlmir.

  7. Kimdən: sevda 
    #
    2016-07-01 14:25

    Cox superdir sabah eleyecem