Biskvitli rulet

Hazırlanma vaxtı:
Biskvitli rulet

Tərkibi və istifadə olunan ərzaqlar

Biskvit üçün:

  • 4 ədəd yumurta
  • 125 qr un
  • 125 qr şəkər tozu

Hopdurma üçün:

  • 150 ml su
  • 150 qr şəkər tozu
  • 1-1/2 x/q tünd rom 

Şirəsi üçün (qlazur):

  • 2 x/q süd
  • 3 x/q şəkər tozu
  • 2 x/q kakao tozu
  • 50 qr duzsuz kərə yağı

İçlik üçün:


Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

biskvitli-rulet-01


2. Biskvit hazırlanır. Qarışdırma teli ilə yumurta və şəkər tozu oda davamlı qazanda qarışdırılır.

biskvitli-rulet-02


3. Qazan isti su vannasına yerləşdirilir və yumurta blenderlə qarışdırılır.

biskvitli-rulet-03


4. Kütlənin rəngi ağarmalı və həcmi 3 dəfə artmalıdır. Əsas odur ki yumurtalar çox isinməsin. Yumurtaların temperaturu 38ºC keçməməlidir.

biskvitli-rulet-04


5. Qazan su vannasından çıxarılıb, kütlə soyuyana qədər qarışdırılır.

biskvitli-rulet-05


6. Kütlə soyuyandan sonra, xörək qaşığı ilə ələkdən keçirilmiş un əlavə edilir.

biskvitli-rulet-06


7. Maye xəmir azacıq yağlanmış perqament kağızı üzərinə əlavə edilir.

biskvitli-rulet-07


8. Xəmir perqament üzərində 5 mm qalınlıqda yayılır. Əvvəlcədən 180ºC isidilmiş sobada 15 dəqiqə bişirilir. 

biskvitli-rulet-08


9. Hazırlanmış biskvit azacıq cəhrayı və elastik olmalıdır.

biskvitli-rulet-09


10. Hazır biskvit perqament kağızı qarışıq rulet formasında bükülür.

biskvitli-rulet-10


11. Tam soyuması gözlənilir.

biskvitli-rulet-11


12. Bu arada hopdurma hazırlanır. Orta odda şəkər tozu suda əridilib qaynadılır.

biskvitli-rulet-12


13. Soyumuş siropa rom əlavə edilir.

biskvitli-rulet-13


14. Soyumuş rulet ehtiyyatla açılır və araları mətbəx fırçasının köməyi ilə siropla yağlanır.

biskvitli-rulet-14


15. Biskvitin qıraqlarından 2-2,5 sm məsavə buraxmaqla, üzərinə krem əlavə edilir.

biskvitli-rulet-15


16. Çox ehtiyyatla biskvit bükülür, qıraqları bağlanmasa diş çöpündən istifadə etmək olar. Büküləndən sonra siropla hər tərəfi yağlanıb, 30-40 dəqiqə müddətinə, krem soyuyana qədər soyuducuya yerləşdirilir.

biskvitli-rulet-16


17. Rulet soyuducuda olan müddətdə şirə (qlazur) hazırlanır. Bir qazanda süd və kərə yağı qarışdırılır.

biskvitli-rulet-17


18. Şəkər tozu və kakao əlavə edilir, qaynadılır və sonra soyudulur.

biskvitli-rulet-18


19. Rulet soyuducudan çıxarılıb hər tərəfi şirə ilə yağlanır.

biskvitli-rulet-19


20. Biskvitli rulet demək olar ki hazırdır. Üstü zövqə görə satışda olan ağ qənnadı kremlə bəzədilir.

biskvitli-rulet-20


21. Rulet ən azı 8 saat müddətinə soyuducuya yerləşdirilir. Daha yaxşısı isə bir gecəni soyuducuda qalmasıdır. Bu müddət ərzində şirə tam olaraq ruletə hopmuş olur.

biskvitli-rulet-21

Nuş olsun!

biskvitli-rulet-22

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1612/sponge-cake-roll/

Bənzər reseptlər: