Çiyələkli tort

Hazırlanma vaxtı:
Çiyələkli tort

Tərkibi və istifadə olunan ərzaqlar

Biskvit üçün lazım olan ərzaqlar:

  • 1 st un
  • 6 ədəd yumurta
  • 1 st şəkər
  • 0,5 ç/q vanil

 Bişmiş(zavarnoy) krem üçün lazım olan ərzaqlar:

  • 1 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 x/q un
  • 300 qr kərə yağı
  • vanil

Tortun bəzədilməsi üçün lazım olan ərzaqlar:

  • 500 qr çiyələk
  • 100 ml çiyələk mürəbbəsinin suyu
  • şanti krem (mağazalarda hazır və ya toz şəklində satılır)

Hazırlanma qaydası

1. Biskvitin hazırlanması saytımızda mövcuddur.

2. Zavarnoy kremin hazırlanması həmçinin saytımızda var.

3. Çiyələyin saplağları təmizlənir, yuyulur. Suyunun tam getməsi üçün süzgəcdə saxlanılır.

4. Biskvit ortadan bərabər hissəyə bölünür, hər iki tərərfinə mürəbbə suyundan fırça ilə vurulur.

str_1

5. Biskvitin hər iki tərəfinə krem vurulur vi bir tərərfinə çiyələk düzülür.

str_2

6. Biskvitin 2ci hissəsi üzərinə qoyulur və tortun üstünə, yan hissəsinə şanti krem vurulur.

str_3

7. Tort zövqə görə çiyələklə bəzədilir, 1 saat soyuducuda saxlandıqdan sonra yeyilə bilər.

str_4

Nuş olsun!

Bənzər reseptlər: