İçi doldurulmuş almalar

Hazırlanma vaxtı:
İçi doldurulmuş almalar

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2 ədəd iri alma
  • 6 ədəd ərik qurusu
  • 6 ədəd gavalı qurusu
  • 2 x/q kişmiş
  • 2 x/q qoz ləpəsi
  • 3 x/q bal
  • 6-8 x/q şəkər tozu
  • 1/2 ədəd limon

Hazırlanma qaydası

1. Almalar yarı kəsilir və çay qaşığı ilə özəyi çıxardılır. Beləliklə divarları 0,5 sm olan səbət hazırlanır.

ichi-doldurulmush-almalar-01


2. Meyvə quruları xırda doğranılır. Qaynar su ilə axıdılır.

ichi-doldurulmush-almalar-02


3. Qoz xırda doğranılır.

ichi-doldurulmush-almalar-03


4. Meyvə quruları kəfgirə (aşsüzən) əlavə edilir, qozla qarışdırılır və bal əlavə edilir.

ichi-doldurulmush-almalar-04


5. Alınan kütlə ilə alma səbətləri doldurulur.

ichi-doldurulmush-almalar-05


6. Almaların qaralmasının qarşısını almaq üçün onlara limon şirəsi səpilir. Üzərinə 2 x/q şəkər tozu əlavə edilir və perqament kağızı sərilmiş tavaya düzülür. Əvvəlcədən 160°C temperaturunda isidilən sobada 40 dəqiqə bişirilir. Nəticədə səbətlər formasını saxlamaqla birgə almalar bir qədər yumşalmalıdır.

ichi-doldurulmush-almalar-06


7. Almalar hazır olduqda üzərinə şəkərdən hazırlanan karamel vurmaq olar. Nuş olsun!

ichi-doldurulmush-almalar-07

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14298-zapechennoe-jabloko-farshirovannoe-suhofruktami/

Bənzər reseptlər: