Kudryaş tortu

Hazırlanma vaxtı:
Kudryaş tortu

Tərkibi və istifadə olunan ərzaqlar

Xəmir üçün lazım olan ərzaqlar:

  • 8 ədəd yumurta
  • 2 stəkan şəkər tozu
  • 2 stəkan un
  • 1 ç/q soda
  • 2 ç/q sirkə
  • vanil
  • 2 x/q kakao tozu
  • 200 qr qoz (zövqə görə)

 

Krem üçün lazım olan ərzaqlar:

  • 1 ədəd qatılaşdırılmış süd
  • 250 qr kərə yağı

Hazırlanma qaydası

Tortun biskviti 2 hissədən - ağ və qara biskvitlərdən ibarətdir. Ərzaqlarda eyni ilə iki hissəyə bölünüb istifadə olunacaq.

1. Ağ biskviti hazırlamaq üçün 4 ədəd yumurta 1 stəkan şəkər tozu ilə mikserin köməyi ilə qatı olana kimi qarışdırılır.

kudras_1

2. Yarım ç/q soda 1 ç/q sirkəylə qarışdırılır və yumurtalara əlavə olunub silikon qaşıqla qarışdırılır.

3. Alınmış kütləyə 1 stəkan un və vanil vurulub silikon qaşıqla aşağı sürətlə qarışdırılır.

4. Biskvit xəmiri diametri 26 olan qaba tökülüb, 180 dərərcədə 25-30 dəq bişirilir. İlk 20 dəqiqə ərzində sobanın ağzını açmaq olmaz. Çünki, biskvit şişməz. Biskvitin bişməyi çöplə yoxlanılır.

kudras_2

5. Biskvit bişdikdən sonra tam soyudulur.

kudras_3

6. Qara biskiviti də eyni ilə ağ biskvit kimi hazırlanır. Yalnız un əlavə edilən zaman kakao da əlavə edilir və qarışdırılır.

kudras_4

7. Qara biskvit tam soyudulur.

kudras_5

8. Biskvitlər soyuyana kimi krem hazırlanır. Qatılaşdırılmış süd ilə yağ mikserın köməyi ilə qarışdırılır.

9. Əgər biskvitin arasına qoz vurulacaqsa bu zaman qoz ləpəsi biraz qovrulur və xırdalanır.

10. Biskvitlər tam soyuduqda biskvitlerən kənarı kəsilir və bıçaq köməyi ilə hər iki biskvit iki bərabər hissəyə bölünür.

11. Dörd ədəd biskvit xəmiri alınır. Biskivitin birini qoyub üzərinə krem çəkib qoz vururuq və üzərinə digər rəngdə olan biskviti qoyuruq.Eyni ilə bütün biskvitləri bu qayda ilə edirik.

kudras_6

12. Sonda tortun kənarlarına və üstünə krem çəkilir, xırdalanmış biskvit xəmiri ilə bəzədilir.

kudras_7

Nuş olsun!

 

 

Bənzər reseptlər:

2 Şərh yazılıb

  1. Kimdən: Ayten 
    #
    2016-09-29 12:57

    Cox sagolun ela weklde izah edrizsiz.daha cox yemek wirniyat elave etsez ela olar twkk

    • Kimdən: Admin 
      #
      2016-09-29 15:05

      Siz sağolun bizi oxuduğunuz üçün! Yaxın müddətdə bacardığımız qədər yeni reseptlər əlavə edəcəyik.