Maskarpone kremi ilə qat-qatlı tort

Hazırlanma vaxtı:
Maskarpone kremi ilə qat-qatlı tort

Tərkibi və istifadə olunan ərzaqlar

Xəmiri üçün:

  • 200 qr yağ
  • 2 ədəd yumurta
  • 200 qr şəkər tozu
  • 600 qr un
  • 100 qr qoz

Kremi üçün

  • 500 qr maskarpone
  • 5 ədəd yumurta sarısı
  • 100 qr şəkər tozu
  • 2-3 x/q konyak və ya rom
  • 100 qr qoz

Hazırlanma qaydası

1. Soba 200°C temperaturunda qızdırılır. İlk öncə tortun xəmirindən başlanılır və bunun üçün lazım olan ərzaqlar hazırlanır.

maskarpone-kremi-tort-01

2. Qoz ləpələrini mümkün qədər xırda əzmək lazımdır. Blender, mikser və ya adi həvənglə. Ləpələr çox yağlı olduqda və əzilməsində çətinlik yarandıqda bir qədər şəkər tozu əlavə edilir, bu əzilməni asantlaşdıracaq.

maskarpone-kremi-tort-02

3. Əzilmiş ləpələr bir kasaya yerləşdirilir, üzərinə yağ və şəkər tozu (istifadə olunubsa, yerdə qalan şəkər tozu) əlavə edilir.

maskarpone-kremi-tort-03

4. Ardınca yumurtalar əlavə edilir və qarışdırılır.

maskarpone-kremi-tort-04

maskarpone-kremi-tort-05

5. İndi isə unun əlavə olunma mərhələsidir. Unun böyük hissəsinin (təqribən 300-400 qr) cəsarətlə əlavə edə bilərsiniz, lakin digər hissəsi az-az, tədricən əlavə olunmalıdır.
Beləliklə, un əlavə olunur və qum kimi xəmir hazırlanır. Nəticədə xəmir ələ yapışmamalıdır və rahatlıqla kündələnməlidir.

maskarpone-kremi-tort-06

maskarpone-kremi-tort-07

6. Xəmir yoğrulur. Bunun üçün xəmir 8 eyni hissələrə parçalanır. Taxtanın üzərinə qənnadı kağız sərilir (sonra həmin kağızla birgə bişiriləcək) və onun üzərində hissələr yoğrulur. Nəticədə hər bir hissədən 2-3 mm qalınlığında "kökələr" alınmalıdır.

maskarpone-kremi-tort-08

maskarpone-kremi-tort-09

7. Alınan kökələrin forması tam dairəvi olması üçün üzərinə boşqab və ya kasa qoyub dairəvi kəsmək olar. Artıq xəmir yığışdırılır.

maskarpone-kremi-tort-10

maskarpone-kremi-tort-11

8. Xəmir qənnadı kağızla birgə sobanın tavasına yerləşdirilir və əvvəlcədən 200°C qızdırılmış sobada bişirilir.

maskarpone-kremi-tort-12

9. Tez hazırlamaq üçün, xəmir sobada bişən zamanı siz digər xəmirləri hazır edib növbədə saxlamalısınız. Reseptdə 9 ədəd yayma alındı (8 əsas, biri isə əlavə qalan xəmirlərdən). Xəmirlər hazır olduqda onlar kənarda yaxşı soyudulmalıdır.

maskarpone-kremi-tort-13

 

Kremin hazırlanması.

10. Yumurtaların ağı sarısından ayrılır. Bizə reseptdə yalnız sarısı lazım olacaq, olnar bir kasaya yerləşdirilir və üzərinə şəkər tozu əlavə edilərək yaxşı qarışdırılır.

maskarpone-kremi-tort-14

11. Çalınmış yumurtanın üzərinə zövqə görə xırdalanmış ləpələr əlavə edilir və maskarpone. Sonra isə səliqə ilə (maskarponeni çalmaq olmaz) qarışdırılır. Əgər tort böyüklər üçün nəzərdə tutulubsa, kremin tərkibinə 2-3 xörək qaşığı ətirli alkoqol içkisi əlavə etmək olar (konyal, rom, liker və ya digər).

maskarpone-kremi-tort-17

12. Qarışdırılır və krem hazırdır.

maskarpone-kremi-tort-18

13. Tortun yığılması sadədir. Boşqaba bişmiş (və soyudulmuş) yayma əlavə edilir, üzərinə krem yayılır (3-4 xörək qaşığı). Onun üzərinə yenidən yayma qoyulur və krem yayılır, bu cür davam edilir. Sonuncu, üst qatına krem yayılır. Həmçinin xəmirin yan hissələrini unutmayın, o hissələrə də krem vurulur.

maskarpone-kremi-tort-19

maskarpone-kremi-tort-20

14. Tort hazırdır! Bundan sonra, tort ən azı 1 saat soyuducuda qalmalıdır. Tortun bəzədilməsi zövqdən asılıdır. Bu reseptdə rəngbərəng qənnadı səpkidən istifadə edilib.

Nuş olsun!

maskarpone-kremi-tort-21

 

Məqalə http://kalabasa.ru/ saytından tərcümə edilib.

Mənbə http://kalabasa.ru/sweet/tort-s-maskarpone.html

Bənzər reseptlər:

2 Şərh yazılıb

  1. Kimdən: Nilay 
    #
    2015-05-13 08:27

    Salam mən bu saytın daimi izləyicisiyəm... Və bu gün də bu tort reseptinə baxdım və öz-özümə dedim ki kaş bu sayta tort bəzəmə qaydalarını yerləşdirərdilər... Onda çooox sevinərdim... Axı bu yaxınlarda mənim və bacımın doğum günüdür....Allah saytınızı uzunömürlü etsin. AMİN!!!

    • Kimdən: Admin 
      #
      2015-05-13 14:39

      Salam Nilay xanım! Çox sağolun arzularınız üçün! Tortun bəzədilməsi zövqdən asılıdır və saytda bəzi tort reseptlərində qeyd olunub, buna baxmayaraq yaxın gələcəkdə biz bu barədə ətraflı yazarıq. Təşəkkür edirik!