Meyvəli tort

Hazırlanma vaxtı:
Meyvəli tort

Tərkibi və istifadə olunan ərzaqlar

Biskvit üçün lazım olan ərzaqlar:

  • 6 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1,5 stəkan un
  • vanil

Krem üçün lazım olan ərzaqlar:

  • 1 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 x/q un
  • 300 qr kərə yağı
  • vanil

Qeyd: Tortun içinə müxtəlif meyvələrdən istifadə etmək olar (mən 2 ədəd banan, 2 ədəd kivi, 2 ədəd naringi istifadə etmişəm).


Hazırlanma qaydası

1. Biskviti hazırlamaq üçün 2 qab götürülür. Yumurtanı sarısını ağından ayırıb,  hərəsinin üstünə 0,5 stəkan şəkər tozu tökülür.

meyveli_1


2. Şəkər tozu ilə yumurta ağını mikserin köməyi ilə yaxşı qarışdırılır. O qədər qarışdırırıq ki, qabı başı aşağı tutduqda içindəki tökülməsin.


3. Sonra yumurta sarısı şəkər tozu ilə mikserin köməyi ilə yaxşı qarışdırılır.

meyveli_2


4. Alınmış hər iki kütlə bir-birinə qatılıb silikon qaşıqla asta-asta qarışdırılır və üzərinə ələkdən keçirilmiş un, vanil tökülüb yenidən qaşıqla qarışdırılır.

meyveli_3


5. Alınmış xəmir diametri 26 sm olan qaba tökülür, əvvəlcədən 180 dərərcədə isidilmiş sobada 30 dəqiqə bişirilir (biskvitin bişməyini 20 dəqiqə keçdikdın sonra kibrit çöpü ilə yoxlamaq olar).


6. Biskvit bişdikdən sonra soyumağa buraxılır. 

meyveli_5


7. Biskvit soyuyana kimi krem hazırlanır (bu tortda zavarnoy kremdən istifadə olunacaq).


8. Kremi hazırlamaq üçün bir qazana süd, yumurta, un, şəkər tozu tökülür qarışdırma teli ilə yaxşı qarışdırılır.

meyveli_4


9. Sonra qazanı qaza qoyub qarışdıra-qarışdıra bişirilir. Kütlə qatılaşdıqda 5 dəqiqə bişirilib qazdan götürülür və tam soyudulur.

meyveli_6


10. Tam soyuduqdan sonra üzərinı 300 qr yumuşaldılmış kərə yağı, vanil qoyulub mikserlə qarışdırılır.

meyveli_7


11. Krem hazır olduqdan sonra biskvit iki bərabər hissəyə bölünür.

meyveli_8


12.  Biskvitə krem çəkilib, üzərinə doğranılmış meyvelər düzülür.

meyveli_9


13. Yerdə qalan biskvit hissəsi də üstünə qoyulub  tortun hər tərəfi kremlənir.


14. Tort tam hazır olduqdan sonra üstü zövqə görə bəzədilir.

meyveli_11

meyveli_12

Nuş olsun!

Bənzər reseptlər:

3 Şərh yazılıb

  1. Kimdən: cemile 
    #
    2015-07-31 07:32

    cox sag olun

  2. Kimdən: Aysen 
    #
    2016-06-21 05:46

    Salam xais edirem yazasiz bu tortun xemirini qaba tokerken yagli kagizdan istifade edirikmi? Bu gun bisirecem xais edirem yazin. indiden Cox sagolun

    • Kimdən: Admin 
      #
      2016-06-23 09:51

      Salam Aysen xanım. Gec yazdığımız üçün üzr istəyirik. Əgər tava yapışqan deyilsə, yağlı kağıza ehtiyac yoxdur. Əks halda istifadə etmək lazımdır. Bizim reseptdə yağlı kağızdan istifadə olunmayıb.
      Təşəkkür edirik yazdığınız üçün.