Profiterol

Hazırlanma vaxtı:
Profiterol

Tərkibi və istifadə olunan ərzaqlar

Krem üçün lazım olan ərzaqlar:

  • 0,5 lt(litr) süd
  • 60 qr nişasta(kartof kraxmalı)
  • 125 qr şəkər tozu
  • 1 yumurta
  • 250 qr şanti
  • vanil

Şokaladlı sos üçün lazım olan ərzaqlar:

  • 0,5 lt su
  • 25 qr kakao
  • 125 qr şəkər tozu
  • 125 qr tünd (bitter) şokolad
  • 50 qr un
  • 100 qr kərə yağı

Xəmir üçün lazım olan ərzaqlar:

  • 1,5 stəkan su
  • 1+1/3 stəkan un
  • 100qr marqarin
  • 4 yumurta

Hazırlanma qaydası

Kremin hazırlanması:

1. Süd, vanil qazana tökülür qaynadılır. Qaynayandan sonra qazdan götürülür.

2. Başqa bir qabda yumurta,nişasta,şəkər tozu yaxşı qarışdırılır.Sonra tez-tez qarışdıra-qarışdıra südün içinə tökülür və yaxşı qarışdırılır.Qazanı yenidən qaza qoyuruq və qarışdıra-qarışdıra bişiririk.

3. Qanamağa başlayanda(pık-pık eləyəndə) 1-2 dəqiqə bişirib qazdan götürülür,soyudulur.

4. Soyuduqdan sonra, 500 qr şanti əlavə olunur və mikserlə qarışdırılır(əl ilə də qarışdırmaq olar ).

Şokaladlı sosun hazırlanması: 

1. Su, şəkər tozu, kakao, un qarışdırılır və qaynadılır.

2. Sonra qazdan götürüb içinə 200qr kərə yağı, 250qr tünd şokoladı töküb yaxşı qarışdırırıq.

3. Alınmış sosu soyuduruq.

Profiterolun hazırlanması:

1. Su, şəkər tozu, yağ qazana qoyulur. Yağ əriyənə kimi qaynadılır.

2. Sonra qazı azaldıb yavaş-yavaş un əlavə edirib tez-tez qarışdırılır(çırpma teliylə).

3. Xəmir kimi olandan sonra 2-3 dəqiqə bişirib sonra qazdan gotürüb,soyuduruq.

4.Tam soyuduqdan sonra yumurtaları bir-bir əlavə edib mikserlə çırpırıq.

5. Əvvəcədən sobanı 180 dərəcədə isidirik.

6. Sonra sobanın listinin içinə kalka kağızı sərilir. İri qənnadı torbasını (rusca: konditerskiy 
meshok) xəmirlə doldururuq (torbanın ucu adi olsun, yəni gül və ya ziq-zaq şəklində 
deyil) .Torbanı sıxıb 3sm-lik yumru xəmirlər duzəldirik (hər xəmir arasında 4sm məsafə 
olmalıdı).

7. Sonra listi sobanın orta təbəqəsinə yerləşdirib profiterolları 30 dəqiqə 
bişiririk.

8. Bişmiş profiterollar şişəcək, üstləri bir az qızaracaq. Profiterollarin arasına krem 
doldurmazdan əvvəl, onları 1 saat kənarda soyutmaq lazımdı.

Profiterolun düzəldilməsi:

Bunun üçün bizə profiterol xəmirinin bişirilmişi, sos və krem lazım olacaq. Profiterolların
içini doldurmaq üçün qənnadı torbasından istifade edə bilərik. Torbanın ucu hazırlanmış 
xəmirin yan hissəsindən və ya altından içərisinı salınır, krem sıxılır. İçi kremlə 
dolduqdan sonra qaba qoyulur. Bütün xəmirlər eyni qayda ilə hazırlanır qaba qoyulur. 
Sonda hazırladığımız sosu üstünə tökürük.

Nuş olsun !