Qeyri-adi alma piroqu

Hazırlanma vaxtı:
Qeyri-adi alma piroqu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 10 ədəd qat-qat xəmir
  • 4 ədəd "Honeycrisp" və ya "Granny Smith" sortu almalardan
  • 4 x/q kərə yağı
  • 1/2 stəkan qəhvəyi rəngli şəkər tozu
  • 2 ç/q darçın
  • 1 x/q burbon içkisi (vacib inqredient deyil)
  • 1 ç/q alma sirkəsi
  • 1 ç/q vanil
  • 1 litr bitki yağı (qızartmaq üçün)
  • 1/4 stəkan şəkər tozu

Hazırlanma qaydası

Reseptdəki piroq adi alma piroqundan həmçinin ölçüləri ilə fərqlənir.

balaca-alma-piroqu-1

1. Almalar yuyulub qurudulandan sonra şəkildəki kimi doğranır.

balaca-alma-piroqu-2


2. Tava orta odda qızdırılır və yağ əlavə edilir. Yağ əridikdə tavaya almalar əlavə edilir, üzərinə qəhvəyi şəkər tozu və darçın səpilərək qarışdırıb qızardılır. Almalar karamel kimi olanacan, təqribi 10 dəqiqə ərzində qarışdırılıb qızardılır. Son dəqiqə ərzində burbon, alma sirkəsi və vanil əlavə edilir. Daha bir dəqiqə bişirilir və oddan götürülür.

balaca-alma-piroqu-3


3. Lazım gələrsə xəmir birdaha yoğrulur, xəmirin qalınlığı 6 millimetr olmalıdır. Stəkanla və ya digər alətlə xəmir yumru formada kəsilir, diametri təqribi 5 sm ölçüdə. İçinə qızarılmış almalardan əlavə edilir.

balaca-alma-piroqu-4


4. Üzərinə bir qat xəmir qoyulub qıraqları sıxılır (zövqə görə bir qıraqdan cubuqda əlavə etmək olar).

balaca-alma-piroqu-5


5. Tavanı 180 dərəcəyə dək isidib, piroqları qaynar yağda hər bir tərəfi təqribən 30 saniyə ərzində, qızılı rəng alanadək, qızardılır. Hazır olduqda tavadan götürüb salfet üzərində qurudulur.
Süfrəyə verildikdə üzərinə şəkər tozu səpilir.

balaca-alma-piroqu-6

Nuş olsun!

balaca-alma-piroqu-7

 

Bənzər reseptlər: