Qozlu və albalılı brauni

Hazırlanma vaxtı:
Qozlu və albalılı brauni

Tərkibi və istifadə olunan ərzaqlar

  • 150 qr kərə yağı
  • 150 qr acı şokolad
  • 150 qr şəkər tozu
  • 2 ad toyuq yumurtası
  • 100 qr un
  • 100 qr tumu təmizlənmiş albalı
  • 50 qr qoz və ya pekan (və ya digər ləpə)

Hazırlanma qaydası

1. Ərzaqlar hazırlanır.

brauni1


2. Bir qazan su qaynadılır və o qazanın üzərinə bir boşqab kubik şəklində doğranmış yağlar qoyulub, suyun buğunda əridilir.

brauni2


3. Qara şokolad əlavə edilib, yavaş qarışdırılaraq əridiləndən sonra boşqab qazanın üstündən götürülür.

brauni3


4. Nəticədə həmcins qatı maye alınmalıdır. Ehtiyyatlı olmaq lazımdır ki ona su düşməsin.

brauni4


5. Şəkər tozu, yumurta və bir çimdik duz qarışdırılır.

brauni5


6. Alınmış yumurta məhlulu şokoladlı məhlul ilə qarışdırılır.

brauni6


7. Albalı və qoz əlavə edilir.

brauni7


8. Azacıq olaraq məhlula un əlavə edilərək qarışdırılır.

brauni8


9. Forma boşqabı yağlanır, yüngülcə unlanır və xəmirlə doldurulur.

brauni9


10. Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişirilir. Brauninin ortası maye kimi qalmalıdır, formadan çıxarılmadan öncə qurudulmalıdır.

brauni10


11. Formadan çıxarandan sonra brauninin üzərinə ələkdən keçirdilmiş kakao-toz əlavə edilir.

brauni11


12. Kubiklər şəklində doğrayıb, albalı və qozla bəzəyə bilərsiniz. Nuş olsun!

brauni12

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13079-brauni-s-vishnej-i-orehami/

Bənzər reseptlər: