Şaftalı piroqu

Hazırlanma vaxtı:
Şaftalı piroqu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2-4 ədəd şaftalı
  • 1/3 stəkan qarğıdalı unu
  • 3/4 stəkan adi un
  • 1 ç/q qabartma tozu
  • 1 çimdik soda
  • 1 çimdik duz
  • 1 ədə toyuq yumurtası
  • 50 qr kərə yağı
  • 1 x/q bal
  • 3/4 stəkan xama (və ya yoqurt)
  • 3/4 stəkan + 2 x/q şəkər tozu
  • 1 ç/q vanil
  • 1 ç/q konyak

Hazırlanma qaydası

1. Bu piroqda əsas rolda şaftalıdır. Onlar yuyulur, tumları çıxarılır və nazik dilimlərə doğranılır.

 shaftali-piroq-2


2. Tava perqament kağızı ilə örtülür, yağlanır və üzərinə 2 qaşıq şəkər tozu səpilir.

shaftali-piroq-3


3. Yağ və bal mikrodalğalı sobada əridilir (həmçinin su buxarı ilə də əritmək olar). Onların qaynamasına yol verilməməlidir!

shaftali-piroq-4


4. Yumurta şəkər tozu ilə qarışdırılır, xama, yağ və bal əlavə edilir.

shaftali-piroq-5


5. Ayrıca hər iki un növü, qabartma tozu, duz, soda və vanil qarışdırılır. Unlu məhlul yumurtalı-xamalı məhlul ilə qarışdırılır. Xəmir oladi xəmiri kimi alınmalıdır. Lazım olduqda bir qədərdə un əlavə edilə bilər.

shaftali-piroq-6


6. İlk olaraq şaftalılar düzülür sonra üzərinə xəmir (2-3 lay) və əvvəlcədən 180 dərəcədə isidilmiş sobaya yerləşdirilir.

shaftali-piroq-7


7. Piroq sobada 30-40 dəqiqə bişəndən və birqədər soyuyandan sonra, boşqabla örtülür və çevirilərək boşqaba salınır.

shaftali-piroq-8


8. İsti piroqu konyak və ya digər ətirli spirtli içki ilə səpmək olar. Nuş olsun!

shaftali-piroq-9

shaftali-piroq-10

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14094-persikovyj-pirog/

Bənzər reseptlər: