Şəkərli kivi piroqu

Hazırlanma vaxtı:
Şəkərli kivi piroqu

Tərkibi və istifadə olunan ərzaqlar

  • şəkərli xəmir (hazırlanması Çay piroqu reseptində göstərilib)
  • 5 ədəd kivi 
  • şəkər pudrası
  • bitki yağı 

Hazırlanma qaydası

1. Ərzaqlar hazırlanır.

piroq-kivi-1


2. Kivi yuyulur, qabığı soyulur və dilimlərə doğranılır.

piroq-kivi-2


3. Şəkərli xəmir kündəsi soyuducudan çixarılıb, böyük ölçüdə olan iri gözlü sürtkəcədən keçirilir. Tavaya perqament kağızı sərilir, biraz bitki yağı ilə yağlanır və alınmış kütlə tavaya düzülür.

piroq-kivi-3 piroq-kivi-4

4. Sürtkəcdən keçirilmiş ilk xəmir layının üzərinə kivi dilimləri düzülür. Kivinin sayından asılı olaraq kivi layını birdaha təkrar etmək olar, reseptdə bir laydır.

piroq-kivi-5


5. Kivi layının üzərinə şəkərli xəmirin ikinci kündəsi sürtkəcdən keçirdilib düzülür. Bıcaqla hər tərəfi eyni səviyyədə düzəldilir.

piroq-kivi-6 piroq-kivi-7

6. Əvvəlcədən 180-200 dərəcədə isidilmiş sobada, rəngi qızarana qədər, 30 dəqiqə ərzində bişirilir.

piroq-kivi-8


7. Piroq üzdən bir qədər soyuduqda, lakin içərisi isti olan zaman üzərinə şəkər pudrası səpilir və eyni hissələrə bölünür.

piroq-kivi-9

piroq-kivi-10


Natural meyvələrdən istifadə etdiyimiz üçün piroq çox zərif, aromatlı və dadlı alınır. Nuş olsun!

piroq-kivi-11

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/02/sand-pie-with-kiwi.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: