Şokoladlı ekler

Hazırlanma vaxtı:
Şokoladlı ekler

Tərkibi və istifadə olunan ərzaqlar

  • 125 qr su
  • 2 qr duz
  • 60 qr kərə yağı
  • 75 qr un
  • 3 əd toyuq yumurtası
  • 125 qr inək südü
  • 20 qr şəkər tozu
  • 1 x/q kraxmal (tam dolmayan)
  • 50 qr acı şokolad

Hazırlanma qaydası

1. Ərzaqlar hazırlanır.

shokoladli-ekler1

2. Kremin hazırlanması üçün lazım olan ərzaqlar hazırlanır.

shokoladli-ekler2

3. Bir qazana su, duz və kərə yağı əlavə edilir. Yağ tam əriyənə qədər isidilir.

shokoladli-ekler3

4. Yumurtanın birini ayrı boşqabda digər ikisi isə digər boşqabda sındırılıb çəngəl ilə qarışdırılır.

shokoladli-ekler4

5. Yağ əridilən qazana unun hamısı birdən tökülür və qarışdırılır. Məhlul o saat yığılıb və qazanı sirkələdikdə bir kündəyə çevirilməlidir.

shokoladli-ekler5

6. Alınan kündəni bir neçə dəqiqə ərzində qarışdırıb "qurutmaq" olar, sonra oddan götürüb, üzərinə bir yumurta əlavə edilir. Yaxşıca qarışdırılır. Sonra üzərinə az-az digər boşqabdakı yumurtalar əlavə edilir. Və hər dəfə qatılaşanadək qarışdırılır. Adətən yumurtaların hamısını istifadə etmirlər, boşqabda bir qədər yumurta saxlanılır. Bunu onun üçün edirlər ki, xəmir plastik və yumşaq alınsın. Yoxlamaq üçün, xəmirin üzərindən barmağınızla xətt çəkin, əgər xəmir lazımı qədər plastikdirsə - alınan dəlik o saat bir qədər örtülməyə başlayacaq.

shokoladli-ekler6

7. Alınan xəmiri diametrki 14 mm olan "dişli" qənnadı kisəyə əlavə edilir. Əgər qənnadı kisənin dişliyinin diametri az olarsa, o zaman eklerin uzunluğunuda ona proporsional olaraq qısa edilir. Klassik eklerin orta uzunluğu 14 sm olur. Lakin daha vacibi eklerlərin eyni ölçüdə olmasıdır.

shokoladli-ekler7

8. Sac kərə yağı ilə yağlanır, kağız salfetlə silinir. Xətkeş və ya digər düz alətlə sacın üzərində un ilə düz xətlər yaratmaq ki, eklerləri düzgün yerləşdirmək mümkün olsun. 

shokoladli-ekler8

9. Ehtiyyatla eklerlər düz xətlər boyunca saca düzülür. 

shokoladli-ekler9

10. Eklerlər 30-40 dəqiqəlik, əvvəlcədən 180 dərəcədə isidilmiş sobaya göndərilir. Onlar çox sayda çatlamamalı, yalnız hər iki böyürdən çatlar əmələ gəlməli və o çatlar qızılı rəng alanadək sobada saxlanmalıdırlar.

shokoladli-ekler10

11. Eklerlər hazırlananadək, bişmiş (zavarnoy) krem hazırlanır. Bunun üçün qazana süd əlavə edilir, digər boşqabda isə yumurta sarısı, şəkər tozu və kraxmal qarışdırılır.

shokoladli-ekler11

12. Şokolad mikrodalğalı sobada əridilir.

shokoladli-ekler12

13. Süd qaynayanda qarışdıraraq üzərinə yumurta sarısı əlavə edilir. Dayanmadan qarışdıraraq, üzərinə şokolad əlavə edilir və bir dəqiqə ərzində bişirilir. Kərə yağı əlavə edib, oddan çıxarılır və yağ tam əriyənədək qarışdırılır. Alınmış məhlul üzərinə qida torbası salınmış saca əlavə edilir. Üzərinə birdaha qida torbası salınaraq sac 15 dəqiqəlik dondurmaya yerləşdirilir.

shokoladli-ekler13

14. Eklerlər soyudulur. Dişi balaca olan taxmaqla eklerin üzərində dəliklər edilir (bu zaman xəmir taxmaqda qalmalı).

shokoladli-ekler14

15. Donmuş bişmiş krem boşqaba yerləşdirilir.

shokoladli-ekler15

16. Sonra qənnadı torbanı kremlə doldurub və dəliklərin diametrində olan taxmaqla eklerlərin içi doldurulur.

shokoladli-ekler16

shokoladli-ekler17

17. Üzərinə çıxan krem ehtiyyatla götürülür.

shokoladli-ekler18

18. Şokoladlı boya azacıq isidilir (təqribi 30 dərəcə qədər) və hər eklerin üzərinə ehtiyyatla yaxılır.

shokoladli-ekler19

19. Eklerlər hazırdı! Nuş olsun! 

shokoladli-ekler20

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/11717-shokoladnye-jeklery/

Bənzər reseptlər: