Şokoladlı peçenya (Neyman Markus üsulu)

Hazırlanma vaxtı:
Şokoladlı peçenya (Neyman Markus üsulu)

Tərkibi və istifadə olunan ərzaqlar

20-24 ədəd peçenya üçün:

  • 1/2 stəkan kokos yağı (otaq temperaturunda)
  • 1 stəkan qəhvəyi rəngli şəkər tozu
  • 3 x/q şəkər tozu
  • 1 ədəd böyük toyuq yumurtası
  • 2 ç/q vanil
  • 1 stəkan un
  • 1/2 ç/q qabartma tozu
  • 1/2 ç/q soda
  • 1/2 ç/q duz
  • 1/2 qəhvə tozu
  • 1 stəkan qara şokolad dənələri

Hazırlanma qaydası

1. Soba 300 dərəcəyədək isidilir. Orta həcmli boşqaba yağ və şəkər tozu ələvə edilərək mikserlə çalınır.

shokoladli-pechenya-neyman-1

2. Ardınca yumurta və vanil qatılaraq yenidən 30 saniyə mikserlə çalınır.

shokoladli-pechenya-neyman-3

3. Digər boşqabda un, qabartma tozu, soda, duz və qəhvə tozu qarışdırılaraq çalınır. Quru inqredientlər maye inqredientlərə qatılaraq 15 saniyə ərzində yavaşca qarışdırılır. Şokolad dənələri əlavə edilir.

shokoladli-pechenya-neyman-2

shokoladli-pechenya-neyman-4

4. Alınan kütlə xörək qaşığı ölçüsündə götürülərək yağlanmış qənnadı kağıza aralı-aralı düzülür. Yastı alınması üçün hər birinin üzərindən bir qədər basılır. Qızılı rəng alana dək, təqribi 20 dəqiqə ərzində bişirilir.

shokoladli-pechenya-neyman-5

shokoladli-pechenya-neyman-6

5. Nuş olsun!

shokoladli-pechenya-neyman-7

shokoladli-pechenya-neyman-8

 

Bənzər reseptlər: