«Zərif Napoleon» tortu

Hazırlanma vaxtı:
«Zərif Napoleon» tortu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 5 ədəd yumurta
  • 220 qr + 200 qr kərə yağı
  • 700 qr + 4 x/q un
  • 3/4 ç/q duz
  • 1 litr süd
  • 400 qr şəkər tozu
  • 1 paket vanil
  • 30 qr acı şokolad (bəzək üçün)
  • 30 qr kokos (bəzək üçün)

Hazırlanma qaydası

1. Şübhəsiz hər bir xanımın öz yoxlanmış "Napoleon" tortu resepti var. Hazırki resept ilə alınan tort ağızda əriyən, çox zərif və dadlı alınır.

zerif-napoleon-01


2. Un ələkdən keçirilir. Yumşalmış kərə yağı əlavə edilir (220 qr). Hamısı qarışdırılır.

zerif-napoleon-02


3. Çəngəl vasitəsi ilə duzla yumurta qarışdırılır və ümumi həcmi 250 ml alınması üçün su əlavə edilir.

zerif-napoleon-03


4. Yumurtalı maye yağlı un kütləsi ilə qarışdırılır. Elastik, ələ yapışmayan xəmir yoğurulur. Mətbəx plyonkası ilə bağlanılıb 30 dəqiqə saxlanılır. Nəticədə xəmir daha elastik olacaq.

zerif-napoleon-04


5. Xəmir 10-13 ədəd bərabər hissələrə bölünür. Kündələr dəsmal ilə örtülür.

zerif-napoleon-05


6. Hər bir kündə nazik yayılır və üzərinə forma qoyularaq yumru kəsilir. Yayılmış xəmirdə çəngəl ilə dəliklər edilir.

zerif-napoleon-06


7. Əvvəlcədən 200°C qızdırılmış sobada təqribən 4 dəqiqə bişirilir, xəmir bir qədər qəhvəyi rəng alana qədər. Xəmir bişənə qədər, digər kündələr eyni qaydada yayılıb hazırlanır. Bütün xəmirlərin hazır olması təqribən 40 dəqiqə vaxt aparır.

zerif-napoleon-07


8. Bişmiş xəmirlər (yuxalar) üst-üstə yığılır.

zerif-napoleon-08


9. Krem hazırlanır. Bunun üçün 4 ədəd yumurta şəkər tozu və unla (4 x/q) qarışdırılır.

zerif-napoleon-09


10. Tam, qabarıqsız olana qədər qarışdırılır.

zerif-napoleon-10


11. Tədricən, qarışdıraraq isti süd əlavə edilir. Orta odda və daima qarışdıraraq, krem qatılaşana qədər bişirilir. Alınmış kütlə oddan çıxarılıb soyudulur.

zerif-napoleon-11


12. Yumşaq kərə yağı (200 qr) çalınır və tədricən ona hazırlanan krem əlavə edilərək qarışdırılır. Beləliklə bütün krem yağla qarışdırılır.

zerif-napoleon-12


13. Hər bir yuxaya çoxlu krem çəkilir. Və əlnan üst-üstə sıxılır.

zerif-napoleon-13


14. Zövqə görə bəzədilir. Əgər bayram tortu deyilsə, o zaman üzərinə sadəcə ovulmuş yuxa səpə bilərsiniz. Bu tortda əridilmiş qara şokoladdan şam ağacları hazırlanıb, qıraqlara isə kokos səpilib. Nuş olsun!

zerif-napoleon-14

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14316-tort-nezhnyj-napoleon/

Bənzər reseptlər: