Mayonez ev şəraitində

Hazırlanma vaxtı:
Mayonez ev şəraitində

Tərkibi və istifadə olunan ərzaqlar

  • 240 ml bitki yağı
  • 1 ədəd yumurta sarısı
  • 1,5 qr duz
  • 1,5 qr muskat qozu
  • 11 ml şərab sirkəsi
  • zövqə görə ağ istiot
  • zövqə görə limon şirəsi

1 litr mayonez üçün:

  • 840 ml bitki yağı
  • 4 ədəd yumurta sarısı
  • 5 qr duz
  • 5 qr muskat qozu
  • 45 ml şərab sirkəsi
  • zövqə görə ağ istiot
  • zövqə görə limon şirəsi

Hazırlanma qaydası

Mayonez salatların baza hissəsidir. Bu baza hissə ilə improvizə etmək də olar, müxtəlif məhsullar qatmaqla onun rəngini və dadını zövqə görə dəyişmək. Ev şəraitində hazırlanan mayonez təbii məhsullardan və öz istədiyiniz tərkibdə olacaq.

1. İnqredientlər.

ev-sheraitinde-mayonez-01


2. Yumurta sarısı qatılaşıb limon rəngi alana qədər mikserlə çalınır.

ev-sheraitinde-mayonez-02


3. Yumurta sarısına quru inqredientlər və sirkənin yarısı əlavə edilib yenidən mikserlə yaxşı qarışdırılır.

ev-sheraitinde-mayonez-03


4. Damcı-damcı yağ əlavə etməyə başlayın (bir dəfəyə 10 ml). Sonra yenidən mikserlə yaxşı çalıb yenidən 10 ml yağ əlavə edin. Əgər birdən-birə yağın hamısını əlavə etsəniz sous laxtalanacaq və heçnə alınmayacaq.

ev-sheraitinde-mayonez-04


5. Yağın hamısı bitəndən sonra, mikserlə çalmağı dayandırmayaraq nazik şırnaqla yerdə qalan sirkəni əlavə edin.

ev-sheraitinde-mayonez-05


6. Zövqə görə limon şirəsi əlavə edilib qarışdırılır.

ev-sheraitinde-mayonez-06


7. Mayonez hazırdır, o qatı və gözəl krem çalaqlarında alınmalıdır.

ev-sheraitinde-mayonez-07


8. Nuş olsun!

ev-sheraitinde-mayonez-08

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1062/mayonnaise/

Bənzər reseptlər: